Ermənistan yenidən öz xəyanətkar xislətini ortaya qoydu - MÜNASİBƏT BİLDİRİLDİ

“Cənab Prezident yanvarın 12-də yerli telekanallara verdiyi müsahibəsində bir çox məsələlərə toxundu. Bununla yanaşı İlham Əliyev Fransada prezidentliyə namizəd olan Valeri Pekrezin Azərbaycan ərazisinə qanunsuz şəkildə təxribat xarakterli səfəri ilə bağlı münasibət bildirdi”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Naiq Həmzəyev bildirib.

Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsi zamanı ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri olan ABŞ-ın başı prezident seçkilərinə qarışmışdı: “Tramp faktiki olaraq bu məsələlərə dair münasibət bildirmək istəmirdi. Lakin Rusiya tərəfi Azərbaycanın haqq savaşına müdaxilə etmədən obyektiv və bir tərəfsiz mövqe sərgiləyirdi. Fransa tərəfi isə konkret olaraq bu münasibətlərdə Ermənistanı tərifləyir öz parlamentində onların xeyrinə hesablanmış bəyənatlar imzalayırdılar. Fransanın prezidenti Makron bir siyasətçi kimi hər zaman Ermənistanın yanında idi. Qanunsuz bir şəkildə təşkil olunmuş bu səfərin məhz Ermənistan tərəfindən həyata keçirilməsi Makrona qarşı xəyanət kimi qiymətləndirilmədi. Bu hərəkəti ilə Ermənistan və onun rəhbərliyi yenidən xəyanətkar xislətini ortaya qoydu. Azərbaycan 44 günlük mübarizədə zəfər çalaraq bütün regionda yeni realıqlar yaradıb. Region dövlətləri Azərbaycanın yaratdığı bu realıqları dəstəkləyir və qəbul edir. Azərbaycanın humanist addım ataraq sülh təklifi ilə çıxış etməsi hər kəsi qane edən bir hərəkətdi. Bu cür təxribaların həyata keçirlməsində əsas məqsəd Azərbaycanın əldə etdiyi uğurlara kölgə salmaqdı. Lakin bu niyyətdə olmaq hər zaman olduğu kimi Ermənistanın ziyanına işləyir.

Fransanın bu təxribat xarakterli səfərdə iştirak etməsinin əsas səbəbi seçkilər zamanı erməni lobbisinin səsini qazanmağa yönəlmiş bir hərəkətdi. Bununla da Fransa tərəfi regionda söz sahibi olan bir dövləti itirdi. Cənab Prezident İlham Əliyevin bu təxribata soyuqqanlı bir şəkildə münasibət bildirməsi açıq və aydın şəkildə özünü göstərirdi. Azərbaycan ötən bir il ərzində beynəlxalq təşkilatlara öz mövqeyini qəbul etdirə bilib. İlk dövrlərdə ATƏT-in bəyanatları ilə sonrakı dövrdə imzaladığı bəyanatları nəzərdən keçirsək görərik ki, həqiqətən də Azərbaycan beynəlxalq qurumlar tərəfindən qəbul edilir. Biz Qarabağa Qayıdış proqramını uğurla həyata keçirməliyik. Qarabağ müharibəsi zamanı xalq, ordu və lider birliyi dəmir yumuruğa çevrildiyi kimi bu günlərdə də Prezident İlham Əliyevin yanında olub, onu dəstəkləməliyik”.

Bütün xəbərlər Facebook səhifəmizdə