Səfər Azərbaycanın müstəqil siyasət yürütdüyünün bariz nümunəsidir -POLİTOLOQ MÖVQE BİLDİRDİ

Səfər Azərbaycanın müstəqil siyasət yürütdüyünün bariz nümunəsidir -POLİTOLOQ MÖVQE BİLDİRDİ

"Azərbaycan-Ukrayna münasibətləri uzun müddətdir ki, müttəfiqlik əlaqələrinə malikdir. Demək olar ki, bu strateji əlaqələr Prezident İlham Əliyevin Ukraynaya səfəri çərçivəsində yeni mərhələyə qədəm qoydu". Bunu SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Ukraynanın Rusiya ilə problemləri fonunda reallaşan bu səfər təbii ki, Azərbaycanın müstəqil siyasət yürütdüyünün bariz nümunəsidir. Hesab edirəm ki, bu görüş bir sıra istiqamətlərdə ikitərəfli əlaqələrin inkişafına stimul verəcək.

Məhəmməd Əsədullazadə bu barədə fikirlərini belə izah edib: "İmzalanan sənədlər göstərir ki, Ukrayina-Azərbaycan əlaqələri plan çərçivəsində də əməkdaşlıq formatını özündə ehtiva edir. Hesab edirəm ki, Ukrayna-Azərbaycan əlaqələrinin inkişafı regional sülhə və təhlükəsizliyə, həmçinin ikitərəfli əlaqələrin, xüsusilə kənd təsərrüffatı, humanitar, təhsil, energetika və nəqliyyat əlaqələrini də əhatə edir. Düşünürəm ki, tərəflərin bu sahədə imzaladığı sənədlər, gələcəkdə digər sənədlərin imzalanmasına gətirib çıxaracaq. Ümumiyyətlə, bu səfər Azərbaycanın MDB məknında daha da müstəqil bir ölkə olduğunun göstəricisi kimi xarakterizə edilə bilər".

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə