“Omikron kiçik uşaqlarda ağır bronxitlərə səbəb ola bilər” Rusiyalı infeksionist

“Omikron kiçik uşaqlarda ağır bronxitlərə səbəb ola bilər” Rusiyalı infeksionist

“Koronovirusun yeni omikron ştammı balaca uşaqlarda ağır fəsadlarla müşahidə ediləcək bronxitə səbəb ola bilər”. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə Rusiyanın infeksionist həkimi Andrey Pozdnyakov bildirib.

Həkimin sözlərinə görə, omikron ştammı bronxlarda çox rahat şəkildə çoxalır və o delta ştammı kimi pnevmoniya deyil, bronxitə səbəb olur.

“Bu, böyüklər üçün pis əlamət deyil, belə ki, onlar üçün bronxit arzuolunmaz olmasa da, pnevmoniyadan fərqli olaraq fatal deyil. Uşaqlarda, xüsusilə azyaşlı körpələrdə isə situasiya əkstərəflidir: onların anatom-funksional yaş hədləri bronxitə səbəb olmadan sonra əsasən ağır fəsadlara gətirib-çıxarır”, rusiyalı infoksionist deyib.

Pozdnyakovun sözlərinə görə, uşaq nə qədər azyaşlıdırsa, bir o qədər broxnları həssasdır və bununla bağlı virus bronxlara daha tez təsir edir, yayılır.

“Bronxir daha tez-tez bronxialitə səbəb olur – bu, kiçik bronxial hissələrin soyuqlamasından əmələ gəlir və uşaqlar üçün fatal nəticələrlə müşahidə oluna bilər”, deyə həkim bildirib.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə