“Sərhəddəki toqquşmaları terrorçu “Qarabağ klan”ı təşkil edir” POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ
“Kəlbəcər istiqamətində növbəti dəfə erməni təxribatının törədilməsi məqsədli şəkildə həyata keçirilir. Ermənistanda müdafiə nazirliyi sistemində müxtəlif qruplaşmaların nümayəndələri arasında kəskin qarşıdurma var, xüsusilə, Ermənistandakı “Qarabağ klanı” ilə hakimiyyətdəki qruplaşmalar arasında ciddi toqquşmalar mövcuddur. Demək olar ki, sərhəddəki lokal toqquşmaları Ermənistandakı terrorçu “Qarabağ klanı”nın üzvləri təşkil edir”. Bunu politoloq Qabil Hüseynli “Səs” qəzetinə açıqlamasında bildirib.
Onun sözlərinə görə, başda Paşinyan olmaqla hakimiyyət bir istiqamətə köklənib və məqsədləri bundan ibarətdir ki, sərhəd toqquşmalarının sayını çoxaltmaq: “Təxribatların miqyasını genişləndirməklə Qazaxıstanda olduğu kimi bölgəyə KTMT-nin qoşunlarını dəvət etsinlər. İndi də Ermənistan KTMT-nin sədri funksiyasını yerinə yetirir və Paşinyan yaranmış vəziyyətdən Azərbaycanla Rusiyanı, Azərbaycanla KTMT-ni bir növ toqquşdurmaq arzusundadır. Bir sözlə, həm Ermənistandakı xaos, həm də onların Azərbaycanla KTMT arasında ziddiyyət yaratmağı məqsəd kimi götürdüklərini ehtimal etmək olar”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB