Rusiya məsələdə aktiv rol almalıdır - HƏRBİ EKSPERT MÖVQE BİLDİRDİ
"Hazırda Azərbaycan tərəfi minadan təmizləmə işini iki istiqamətdə aparır. Bu istiqamətlərə humanitar mina təmizləmə və hərbi təyinatlı mina təmizləmə işləri daxildir". Bunu SİA-ya açıqlamasında hərbi ekspert Ramil Məmmədli deyib.

Hərbi ekspert qeyd edib ki, bu istiqamətdə həyat keçirilən əməliyyatlarda əsas problem yaradan məqam humanitar mina təmizləmə işləridir ki, ora yaşayış məntəqələri, ümumiyyətlə yaşayış infrastruktur sahələri aiddir.
Ramil Məmmədli bu barədə fikirlərini belə izah edib: "Məhz burada, əsas maneələr ortaya çıxır. Bu baxımdan itkilər də əsasən o istiqamətdədir. Ermənistan tərəfindən doğru-düzgün mina xəritələrinin verilməsi son bir ildir ki, müzakirə mövzusudur. Ermənistan bir neçə ərazinin xəritəsini təqdim etsə də bu xəritələr həqiqəti əks etdirmir. O baxımdan ciddi problemlər ortaya çıxır. Hesab edirəm ki, bu xəritələrin verilməsində əsas məsuliyyət vasitəçi tərəfin üzərinə düşür. Yəni Rusiya Federasiyasının üzərinə düşür. Rusiya Federasiyası bu işin üzərində ciddi addım ataraq təzyiq mexanizmini işə salmalıdır ki, Ermənistan bu xəritələri Azərbaycana təqdim etsin. Əks təqdirdə problem illərlə davam edəcək.
2022-ci ildə bu məsələnin həll olunması üçün beynəlxalq təşkilatlar və Rusiya məsələdə aktiv rol almalıdr. Əks təqdirdə yenə ciddi problemlərlə qarşılaşacağıq. İtkilər, artıq istisna deyil. Ümumiyyətlə, Azərbaycan yenə bu istiqamətdə işlərini davam etdirəcək. Ermənistan tərəfindən verilən xəritələr düzgün hesab edilmir. Ona görə də araşdırmalar hələ də davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB