Şuşa Azərbaycanın siyasi həyatında öz rolunu göstərən bir şəhərdir - DEPUTAT ŞƏRH ETDİ

Şuşa Azərbaycanın siyasi həyatında öz rolunu göstərən bir şəhərdir - DEPUTAT ŞƏRH ETDİ

"Azərbaycan dövlətinin başçısı cənab İlham Əliyev 2022-ci ili "Şuşa ili" elan etdi. Azərbaycan 2020-ci ilin 44 günlük Vətən müharibəsinin qalibidir. Azərbaycan ordusu Ermənistan ordusunu darmadağın etməklə 30 il düşmən işğalı altında olan torpaqları azad etdi və Azərbaycanın üçrəngli bayrağı həmin torpaqlarda qürurla dalğalanır". Bu sözləri SİA-ya açıqlamasında deputat Anar İsgəndərov deyib.

Onun sözlərinə görə, azad edilən torpaqlardan biri də Azərbaycan tarixində həmişə ehtiramla qeyd olunan, yad olunan Şuşa şəhəridir: "Məlumdur ki, Qarabağ xanlığının bünövrəsini qoyan Pənahəli xan 1752-ci ildə Şuşa qalasının əsasını qoymuş və bütün rarix boyu Şuşa Azərbaycanın mədəniyyət mərkəzi, Qarabağ xanlığının siyasi mərkəzi olmuş, tarixin sonrakı məqamlarında da bu və ya digər formada dövlətin həm siyasi, həm də mədəni həyatında xüsusi rol oynayıb. Heç də təsadüfi deyil ki, 44 günlük müharibə dövründə Şuşanın azad olunması Azərbaycanın tarixində xüsusi bir səhifədir. İşğalçı qüvvəni bu ərazidən qovmaqla Azərbaycan əsgəri bir daha bütün dünyaya sübut etdi ki, Şuşa Azərbaycan xalqı üçün müqəddəsdir. Bu mənada da bu gün Qarabağda quruculuq işləri gedir. Bu quruculuq işləri işğaldan azad olunan ərazilərdə gecə-gündüz gedir. Füzuli Hava Limanının işə salınması, Zəngilanda "Ağıllı kənd", "Ağıllı şəhər" layihələri və s. bütün bunlar onu göstərir ki, ermənilərlə silahla olan müqavimət bitib, amma Qarabağda olan quruculuq işləri bu gün uğurla davam etdirilir".

Deputat sözlərinə davam edərək həmçinin qeyd edib ki, Sovet dönəmində belə Kəlbəcərlə və ayrı-ayrı bölgələrlə bağlı nə qədər çətinlik vardısa, bu gün həmin çətinliklər aradan qaldırılır: "Bu mənada bu gün Qarabağın və Şərqi Zəngəzurun hər yerində quruculuq işləri gedir. Bu gün Şuşanın azad olunması, düşmənin Şuşanı geri alması üçün cəhdləri və bu cəhdlərin uğursuz olması da onu göstərir ki, həqiqətən də bu müharibədə, mübarizədə Şuşanın rolu böyükdür. Qısa müddət ərzində Şuşada olan quruculuq və işlər onu göstərir ki, 2022-ci ildə dövlətin Şuşa ilə bağlı hansı planları varsa, bu istiqamətdə uğurlu işlər gedir və Şuşa sözün həqiqi mənasında Azərbaycan mədəniyyətinin beşiyi olduğu kimi Azərbaycanın siyasi həyatında da öz rolunu göstərən bir şəhərdir. Bu şəhər həm də ermənilərə gözdağıdır. Ermənistanın keçmiş dövlət başçıları, keçmiş müdafiə nazirlərinin hər biri üçün Şuşa böyük bir dərddir. Onlar ağıllarına gətirə bilmirdilər ki, 1992-ci ilin mayın 8-də Şuşanı işğal edən bu qüvvələr bir gün Şuşanı qoyub qaçmağa məcbur olacaqlar. Bu mənada fikirləşirəm ki, Qarabağ ilə bağlı, Şuşa ilə bağlı tarixçilərin üzərinə böyük məsuliyyət düşür. Onlar bu tarixlə bağlı kölgədə qalan, dövrə cəlb edilməyən mənbələri də dövrə cəlb etməklə bütün dünyaya göstərməlidir ki, Şuşa birmənalı olaraq Azərbaycan şəhəridir və Qarabağa köç edən, gəlmə olan ermənilərin Şuşa ilə heç bir əlaqəsi yoxdur".

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə