Ermənistan tərəfi hələ də revanşist siyasət bəsləyir - POLİTOLOQ ŞƏRH ETDİ

Ermənistan tərəfi hələ də revanşist siyasət bəsləyir - POLİTOLOQ ŞƏRH ETDİ

"Ermənistan əhalisinin Kəlbəcərdən çıxarkən həmin ərazilərə mina yerləşdirməsi bu gün Azərbaycan hərbiçilərinin həmin ərazilərdə həlak olmasına gətirib çıxarır". Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirib.

Onun sözlərinə görə, həmin ərazilərdə minaların olması hərbiçilərimizlə yanaşı, vətəndaşlarımızın da ölümünə səbəb olur: "Bu Ermənistanın Azərbaycana qarşı törətdiyi humanitar terror və təxribatdır. Hesab edirəm ki, Ermənistan tərəfi bu minaları sərhədi keçərəkdə yerləşdirə bilər. Ona görə də dövlət sərhədində Azərbaycan hərbiçiləri vəziyyəti daha güclü bir şəkildə nəzarətdə saxlamalıdırlar. Ümumilikdə Ermənistan konkret olaraq mina xəritələrinin verilməsinə obyektiv yanaşmır. Düşmənçilik və işğalçılıq siyasətinə Ermənistan tərəfi hələ də revanşist siyasət bəsləyir. Düşünürəm ki, Ermənistan yalnız sülh müqaviləsindən sonra bu təxribatlara son qoya bilər".

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə