Biz regionda uzunmüddətli sülhün yaranmasına nail olacağıq - DEPUTAT ŞƏRH ETDİ
"Bildiyimiz kimi cənab Prezident İlham Əliyev 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni illə bağlı təbriklərlə əlaqədar xalqa müraciəti zamanı bir çox mətləblərə aydınlıq gətirdi". Bu sözləri SİA-ya açıqlamasında deputat Naqif Həmzəyev deyib.
Onun sözlərinə görə, cənab Prezident 2022-ci ildə qarşımıza qoyduğumuz hədəflər barəsində məlumat verdi və 2022-ci ili "Şuşa ili" elan etdi: "Hər kəsə məlumdur ki, Şuşa hər bir azərbaycanlı üçün çox önəmli və vacib bir şəhərdir. Məhz Şuşa şəhərinin azad edilməsi ilə 44 günlük Vətən müharibəsinin taleyi həll olundu. Bunun nəticəsində də bildiyimiz kimi Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu. Şuşa işğaldan azad olunandan sonra burada çox böyük abadlıq-quruculuq işləri aparılır. Şuşa şəhərində bir çox təməlqoyma mərasimləri keçirildi, bir çox mədəni-tarixi abidələrimiz bərpa edildi. Bundan əlavə həmçinin bildiyimiz kimi "Xarıbülbül" festivalının, Vaqif poeziya günlərinin yenidən Şuşa şəhərində keçirilməsinin şahidi olduq".
Deputat fikirlərinə davam edərək həmçinin qeyd edib ki, 2022-ci ildə cənab İlham Əliyev beynəlxalq Nizami Gəncəvi mərkəzinin və idarə heyətinin üzvlərinin iştirakı ilə Şuşa şəhərində rəsmiləri qəbul etdi və onlara Şuşa şəhərində görülmüş işləri göstərdi: "Bir sözlə 2021-ci ildə Şuşa ilə bağlı çox böyük işlər görüldü və 2022-ci ilin Şuşa ili elan edilməsi isə birbaşa olaraq Şuşanı artıq cənnət məkanına çevirmək, keçmiş məcburi köçkünlərimizin öz dədə-baba yurdlarına qayıtmasına nail olacağıq. Post-münaqişə dönəmində Azərbaycan Prezidentinin rəhbərliyi altında görülmüş işlərin nə dərəcədə düzgün və doğru olduğunu biz Soçi və Brüssel səfərlərində bir daha şahidi olduq. 2022-ci ildə də biz bu işləri uğurla davam etdirərək regionda uzunmüddətli sülhün yaranmasına nail olacağıq".
Arzu Qurbanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB