"Əsas məqsəd diaspor təşkilatlarımızın genişləndirilməsidir" - MÖVQE

"Əsas məqsəd diaspor təşkilatlarımızın genişləndirilməsidir" - MÖVQE

"Ulu öndər Heydər Əliyevin müvafiq sərəncamı ilə 31 dekabr - Dünya Azərbaycanlıların həmrəylik günü kimi qeyd olunur". Bu sözləri SİA-ya açıqlamasında Elman Məmmədov bildirib.

Onun sözlərinə görə, qərar verildikdən sonra Azərbaycanda bu günlə bağlı müxtəlif səpkidə tədbirlər, qurultaylar keçirilir: "Dünyanın müxtəlif ölkələrində bizim soydaşlarımız yaşayır. Təbii ki, biz onlarla qürur duyuruq, fəxr edirik. Təkcə İran İslam Respublikasında bizim 30 milyondan çox soydaşımız var. Eyni zamanda xaricdə yaşayan soydaşlarımızla əlaqələrin yaradılması üçün çoxsaylı işlər aparılır, onlara lazımı köməkliklərin göstərilməsi üçün diaspor təşkilatları fəaliyyət göstərir. Burada ən vacib məsələlərdən biri də, həmrəylik gününün keçirilməsində əsas məqsəd bizim günü-gündən lobiçilik, diaspor təşkilatlarımızın genişləndirilməsidir. Verdiyiniz bu fürsətdən istifadə edib, bütün dünya Azərbaycanlıların həmrəylik gününü təbrik edirəm".

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə