Rusiyalı politoloq Paşinyanın bəyanatından hansı nəticələri çıxardı? AKTUAL

Rusiyalı politoloq Paşinyanın bəyanatından hansı nəticələri çıxardı? AKTUAL

Darya Qrevtsova: “Mümkündür ki, Paşinyan daxili auditoriyanın reaksiyasını müşahidə etmək istəyir, anlamağa çalışır ki, o, bundan sonra daha nə qədər irəliyə gedə bilər”

Ermənistanın baş naziri Nikol Paşinyanın məlum bəyanatının postmünaqişə dövründə Bakı ilə İrəvan arasındakı danışıqlar raunduna hesablandığını düşünmək olar və qalır Ermənistanın 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatı nə zaman və hansı müddətdə praktiki şəkildə rezilə etməsinə ki, burada da müəyyən mənada bəzi ehtimallar yaranır: ümumiyyətlə, erməni baş nazirinin çox vaxt sözləri ilə fəaliyyəti üst-üstə düşmür və sonrakı proseslərdən hansı nəticələri gözləmək olar?

SİA xəbər verir ki, Rusiyanın Siyasi araşdırmalar institutunun direktor müavini, siyasi ekspert Darya Qrevtsova rusdilli caliber analitik informasiya mərkəzinə mövzu ilə bağlı deyib ki, Paşinyan yaranmış çətin şəraitdə hər zaman Ermənistanın iqtisadi yüksəlişinin tərəfdarı olub və o, anlayıb ki, situasiyanı dəyişmək vacib amilə çevrilib.

“Yaranmış vəziyyətdə Ermənistanın yeni strategiya qurmaqdan başqa əlacı qalmır”

“Bu səbəbdən Paşinyanın bugünlərdə səsləndirdiyi bəyanatını kifayət qədər pozitiv qiymətləndirmək olar”, deyən Rusiya siyasi ekspertinin sözlərinə görə, Paşinyan nəqliyyat kommunikasiyalarının blokadadan çıxarılması, Azərbaycanla və Türkiyə ilə münasibtlərin qurulması sayəsində situasiyanı dəyişə biləcəyini anlayır: “Əgər əvvəl Ermənistan bu mövzuda danışmağı qəbulolunmaz hesab edirdisə, İkinci Qarabağ müharibəsində aldığı məğlubiyyəttindən sonra onun Rusiyaya qarşı şantajları nəticə verməyəcək və əsasən Fransa olmaqla Qərb tərəfindən hər hansı dəstək, preferens əldə edə bilməyəcək, hansı ki, bu ölkənin prezidentliyinə olan iki namizədi Ermənistana səfər etdilər, hətta onlardan biri də Qarabağda oldu. Paşinyan görür ki, Rusiya da Ermənistanın Azərbaycana qarşı konkrert siyasət yürütməsinə dəstək göstərmək marağında deyil. Ona görə də yaranmış vəziyyətdə Ermənistanın yeni strategiya qurmaqdan başqa əlacı qalmır. Üstəgəl, mümkündür ki, Paşinyan daxili auditoriyanın reaksiyasını müşahidə etmək istəyir, anlamağa çalışır ki, o bundan sonra daha nə qədər irəliyə gedə bilər. Əsasən də, ona güclü maliyyə siyasəti və iqtisadi artım lazımdır, bu isə kommunikasiyalar blokadadan çıxarılmasa mümkün görünmür”.

“Türkiyə üçün yalnız kiçik Ermənistanla deyil, bütün erməni diasporu ilə əməkdaşlıq vacibdir”

Qrevtsova Bakı-Ankara-İrəvan üçbucağının əməkdaşlıq perspektivləri barədə də maraqlı nüanslara toxunaraq bildirib ki, belə bir əməkdaşlıq gələcəyin mənzərəsində görünməkdədir.

“Rusiya müvafiq əməkdaşlıq formatını dəstəkləyir, bundan əlavə “3+3” formatı da Ermənistan və Türkiyənin münasibətləri qurmağa meyilli olma şərtləri daxilində fəaliyyət göstərə bilər. Nəyə görə bu daha əvvəl baş vermirdi? Ona görə ki, Ermənistan Türkiyənin qondarma soyqırımını tanıması yönündə inadkarlıq göstərirdi, 2020-ci ildə baş vermiş İkinci Qarabağ müharibəsindən sonra isə onun ritorikası daha da artdı. Bu baxımdan, Türkiyə də Ermənistanla əməkdaşlığa hazırdır. Lakin Türkiyə üçün yalnız kiçik Ermənistanla deyil, bütün erməni diasporu ilə əməkdaşlıq vacibdir. Və çox vacib məsələdir ki, Azərbaycan Qarabağdakı torpaqlarını geri qaytardıqdan sonra bu əməkdaşlığa qarşı çıxmır” Qrevtsova bildirib.

“Ermənistan Rusiya ilə Türkiyə arasında münaqişənin yaranmasına da ümid edir... Bakı Xankəndinin azad olunması üçün öz ordusunu göndərə bilər”

Rusiyalı politoloq müsbət siqnalların olmasına baxmayaraq, Azərbaycanla Ermənistan arasında sərhədlərin demarkasiya və delimitasiyasının həll olunmaması ilə bağlı problemlərin mövcudluğu səbəbindən silahlı qarşıdurmaların baş verəcəyini də istisna etməyib. Qrevtsovaya görə bu, həlledici və ən mübahisəli məsələdir ki, burada kəskin ziddiyyətlər yaşana bilər: “Çətin ki, Paşinyan revanşçı gücləri və qanunsuz silahlı formalaşmaları nəzarəti altına ala bilib və bu baxımdan, təxribatlar baş verə bilər. Onu da hesab edirəm ki, Ermənistan Rusiya ilə Türkiyə arasında münaqişənin yaranmasına da ümid edir”, rusiyalı politoloq proqnozlarını bölüşərkən deyib.

Onun sözlərinə görə, Azərbaycan rusiyalı sülhməramlılarla bağlanan müqaviləsini böyük ehtimalla uzatmayacaq və ən azı beş il sonra sülhməramlılar öz postlarını tərk edəcəklər: “Və Ermənistan Qarabağı Azərbaycana tam şəkildə qaytarmaq istəmirsə, Xankəndidə Azərbaycan bayraqlarının, azərbaycanlı polislərin fəaliyyətini istəmirsə bu zaman Bakı Xankəndinin azad olunması üçün öz ordusunu göndərə bilər. Düşünürəm ki, Ermənistanla Azərbaycan arasında toqquşmaların səbəbləri çox ola bilər, bu baxımdan, onlar gələcəkdə qaçılmaz olacaq”.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə