İrəvanın yeni meri təyin olunub QRAÇYA SARKİSYAN HAYK MARUTYANI ƏVƏZLƏYİB
Hraçya Sarkisyan rəsmən İrəvan meri vəzifəsinin icrasına başlayıb. SİA xəbər verir ki, bu barədəErmənistana məxsus mətbuat səhifələrində məlumat yayılıb.
Məlumatda qeyd olunur ki, Sarkisyan şəhər Ağsaqqallar Şurasının növbədənkənar iclasında and içib. O, Ermənistan paytaxtının merinin andını və səlahiyyətlərini qəbul edərək, Konstitusiyaya və qanunlara əməl edəcəyinə, şəhər Ağsaqqallar Şurasının qərarlarına əməl edəcəyinə, üzərinə düşən vəzifələri vicdanla yerinə yetirəcəyinə, şəhər sakinlərinin rifahı, şəhər əhalisinin qanuni mənafeyinin müdafiəsinə söz verib.
Sonda o, şəhər hakimiyyətinin işarəsini - Şəhər Tarixi Muzeyindən gətirilən simvolik sinə zəncirini qəbul edib.
Xatırladaq ki, keçmiş mer Hayk Marutyan 2018-ci ilin payızında Nikol Paşinyanın “Mənim addımım” bloku tərəfindən seçilmişdi. Dekabrın 22-də ağsaqqallar şurası ona inamsızlıq ifadə edib. Marutyan öz fəaliyyətinin gedişində siyasi həyatdan çox, şəhər təsərrüfatı məsələlərinə diqqət yetirirdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB