Gürcüstan və Azərbaycan arasında hərbi əməkdaşlıq bir zərurətdir - MÜNASİBƏT BİLDİRİLDİ
"Ümumiyyətlə Gürcüstan və Azərbaycan arasında hərbi əməkdaşlıq bir zərurətdir, zərurətin yaratdığı bir vəziyyətdir". Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Ramil Məmmədli bildirib.

Onun sözlərinə görə, həm Gürcüstan, həm Azərbaycan uzun illər 2 əsrə yaxın zamanda eyni taleyi yaşayan ölkələrdir: “Yəni Çar Rusiyasından, daha sonra isə Sovet İttifaqından ayrılaraq müstəqilliyini əldə etmiş və bunu saxlamağa, gücləndirməyə çalışan ölkələrdir. Bu baxımdan Azərbaycan və Gürcüstan ordularının əməkdaşlıq çərçivəsində fəaliyyət göstərməsi də olduqca əhəmiyyətlidir. Hər iki ölkənin hərbi qurumlarının əməkdaşlığı 90-cı illərin ortalarına dayanır. Bu illər ərzində həm Gürcüstan, həm də Azərbaycan silahlı qüvvələrinin əməkdaşlığı istiqamətində çox ciddi addımlar atılıb. Bu addımlar əsasən hərbi təlimlərlə bağlıdır”.
Ekspert sözlərinə davam edərək bildirib ki, Gürcüstan ərazisində NATO-ya tərəfdaş olan ölkələrin birgə həm qərargahı, həm də digər təyinatlı tədbirləri keçirilir: “Azərbaycan da həmin təlimlərdə davamlı olaraq iştirak edir. Bundan əlavə regional təhlükəsizliyin təmin olunması üçün iki ölkənin hələ uzun illərə dayanan əməkdaşlığı artıq zərurət olmuşdur. Gürcüstanın rəhbərləri də hər zaman bu istiqamətlərdə əhəmiyyətli addımlar atıblar. Gürcüstan və Azərbaycan arasında hərbi əməkdaşlığın səviyyəsi yüksəkdir. Azərbaycanla Gürcüstan NATO çərçivəsində birgə layihələrdə iştirak edirlər. Həm də birbaşa ikitərəfli əməkdaşlıq mövcuddur. Ermənistanın işğalçılıq siyasətinin dayandırılmasından sonra da artıq yeni çağırışlar başlayıb. Bu format üzərindən də hesab edirəm ki, Gürcüstan da bu istiqamətdə birgə əməkdaşlığa öz dəstəyini verəcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB