YAP Goranboy rayon təşkilatı 23 dekabr 2021- ci il tarixində “ İlham Əliyev – davamlı inkişaf modelinin müəllifi” mövzusunda elmi praktiki konfrans keçirib. Tədbirdə YAP Goranboy rayon təşkilatının sədri Elçin İsmayılov, rayon icra hakimiyyətinin başcısının müavini Rafət Qurbanov, partiyanın rayon təşkilatının idarə heyətinin üzvləri və partiya fəalları iştirak ediblər. Konfrans iştirakçıları öncə Ümummilli Liderimiz Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət edib. Sonra tədbir Heydər Əliyev mərkəzində davam etdirilib. Konfrasda torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş Şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
Tədbiri giriş sözü ilə YAP Goranboy rayon təşkilatının sədri Elçin İsmayılov açaraq Prezident İlham Əliyevin əmək fəaliyyətindən geniş danışıb. Daha sonra tədbirdə çıxış edən rayon təşkilatının idarə heyətinin üzvü Gündüz Hacıyev, rayon ağsaqqalı İskəndər Səklikov, YAP fəalı Ülkər Hümbətova, YAP Goranboy rayon təşkilatının məsləhətçisi Cavid Mustafayev Möhtərəm Prezidentimizin, beynəlxalq siyasi arenada xüsusi nüfuza malik dünya şöhrətli siyasi lider, Qalib Sərkərdə, Müzəffər Ali Baş Komandanımız Cənab İlham Əliyevin 60 illik mənalı ömür yolu və dövlət başçısı, hakim partiya - Yeni Azərbaycan Partiyasının Sədri kimi səmərəli fəaliyyəti ilə bağlı geniş fikirlər söyləyiblər.
RÖVŞƏN
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB