Məşhur Məmmədov: “Prezidentin şəhid ailələri və müharibə əlilləri ilə bağlı növbəti FƏRMANI dövlətin qayğısının göstəricisidir” ŞƏRH

Məşhur Məmmədov: “Prezidentin şəhid ailələri və müharibə əlilləri ilə bağlı növbəti FƏRMANI dövlətin qayğısının göstəricisidir” ŞƏRH

“Azərbaycan Respublikasının müstəqilliyi, ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə, habelə Vətən müharibəsi iştirakçılarına dövlət tərəfindən hər zaman davamlı xüsusi diqqət və davamlı qayğı göstərilir, onların mövcud problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq nəticəli tədbirlər həyata keçirilir. Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən bu istiqamətdə imzalanan Fərman və Sərəncamlar, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə və müharibə əlillərinə mərhəmətli qayğısı çoxsaylı ailələrə böyük sevinc bəxş etməklə yanaşı, hamılıqla təqdirəlayiq hal kimi qiymətləndirilir. Elə bunların nəticəsidir ki, şəhid ailələrinə, müharibə əlillərinə və veteranlarına göstərilən hərtərəfli qayğı nümunəvi xarakter daşıyır. Dekabrın 16-da Prezident İlham Əliyevin şəhid ailələri və müharibə əlilləri ilə bağlı imzaladığı növbəti FƏRMAN bir daha reallığın təzahürüdür”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Məşhur Məmmədov bildirib.

Millət vəkili Məşhur Məmmədov onu da bildirib ki, Prezident İlham Əliyevin şəhid ailələri və müharibə əlilləri ilə bağlı imzaladığı sərəncam və fərmanları Azərbaycan dövlətinin və onun başçısının şəhid ailələrinə, müharibədə zədə almış şəxslərə böyük humanist qayğısını göstərir: “Bu gün həmin insanlara qayğı dövlətin əsas məsələsi hesab edilir. Həmin ailələrin sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün dövlətin kifayət qədər imkanları var. Bu istiqamətdə Prezident sərəncamı ilə yaradılmış «YAŞAT fondu» problemlərin həlli və həmin şəxslərin dövlət qayğısı ilə əhatələnməsinə nümunədir. Və bu gün ölkə Prezidenti tərəfindən bu istiqamətdə imzalanan Fərman və Sərəncamlar, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə və müharibə əlillərinə mərhəmətli qayğısı çoxsaylı ailələrə böyük sevinc bəxş etməklə yanaşı, hamılıqla təqdirəlayiq hal kimi qiymətləndirilir”.

“Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 8 dekabr tarixli Fərmanı ilə yaradılmış “YAŞAT” Fondunun da əsas məqsədi şəhid ailələrinin və hərbi əməliyyatlar zamanı əlil olmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verməkdir”,-deyən millət vəkili onu da vurğulayıb ki, artıq Fond tərəfindən bu sahədə kifayət qədər tədbirlər həyata keçirilib və keçirilməkdədir: “Fond yaradılmasında əsas məqsəd Respublikamızın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçulara və şəhid olmuş şəxslərin ailələrinin üzvlərinə işğaldan azad edilmiş ərazilərdə xidməti vəzifələrini yerinə yetirərkən, habelə hərbi əməliyyatlar bitdikdən sonra onun nəticələrinin aradan qaldırılmasında iştirak etməsi nəticəsində əlilliyi müəyyən olunmuş dövlət orqanlarının əməkdaşlarına və ya həlak olmuş əməkdaşların ailə üzvlərinə, həmçinin sosial müdafiə sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsini təmin etməkdir”.

“Dövlət başçısı bütün görüş və müsahibələrində bildirib ki, “Mən bunu artıq bir neçə dəfə demişəm, bu qələbəni qazanan bizim texniki vasitələr yox, əsgər və zabitlərimizdir. Onlar torpağımızı düşməndən qarış-qarış azad edə-edə bu Qələbəni, bu Zəfəri xalqımıza nəsib etdilər. Ona görə bu qələbənin birinci qəhrəmanı Azərbaycan əsgəridir, Azərbaycan zabitidir və hər kəs bunu bilməlidir. Biz sübut etdik ki, biz böyük xalqıq”,-deyən Məşhur Məmmədov bildirib ki, bu günə kimi şəhid ailələrinə, müharibə əlillərinə 11 000 mənzil verilib. Onu da vurğulamaq istərdim ki, Azərbaycan nadir ölkələrdəndir ki, şəhid ailələrinə, müharibə əlillərinə bu səpkidə geniş proqram icra edir. Dövlət başçısının tapşırığı ilə bu hədəf 3000-dir. Həmçinin, 2018-2020-ci illərdə onlara 1300-dək, bu ilin ötən dövründə isə daha 150 avtomobil, ümumilikdə indiyədək 7350 avtomobil verilib və bu proses ilin sonuna kimi davam edəcək. Və bütün bu uğurlu işlər onu göstərir ki, şəhid ailələrinə və qazilərə qayğı göstərmək dövlətin prioritet vəzifəsidir və Azərbaycan Prezidenti və Birinci vitse-prezident Mehriban xanım Əliyeva qayğıya ehtiyacı olan insanların, xüsusilə ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş insanların ailələrinin, əlillərin sosial məsələlərinin həllini xüsusi diqqət mərkəzində saxlayır və bundan sonra da saxlayacaq”.

RƏFİQƏ HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə