Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatında növbəti onlayn tədbir keçirilib
Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının növbəti onlayn tədbiri “Azərbaycan son 18 ildə” adlanırdı. Tədbir ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş Vətən oğlanlarının əziz və unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilməklə başlandı.Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Seyfəddin Əliyevin mövzu ilə bağlı geniş çıxışı oldu. Natiq dedi: - Azərbaycan xalqı ətrafında sıx birləşdiyi, sonsuz etimad, inam, dəstək nümayiş etdirdiyi İlham Əliyevi vətənpərvərlik, qətiyyət, əzm, prinsipiallıq, dönməzlik rəmzi olan bir dövlət başçısı kimi sevir. Ötən müddət ərzində Ümummilli Lider Heydər Əliyevin “Mən ona özüm qədər inanıram” sözlərini əməli işləri ilə təsdiq edən Prezident İlham Əliyev Azərbaycanda yeni dövrün, yeni eranın başlanğıcının əsasını qoyub. Onun apardığı düzgün siyasətin nəticəsində Azərbaycanda sosial-iqtisadi vəziyyət yaxşılaşıb, milli-mənəvi dəyərlərə söykənən bir cəmiyyət yetişibdir. Həmçinin güclü və dayanıqlı iqtisadi uğurlar yaradılıb, ölkənin artan imkanları insan kapitalına, əhalinin sosial rifahının daha da yüksəlməsinə yönəldilib. Məlum həqiqətdir ki, Müzəffər Ordumuzun 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfər məhz Ali Baş Komandan cənab İlham Əliyevin apardığı düzgün siyasəti nəticəsidir. Bəli, qazanılan misilsiz rəşadət bir daha Prezident- Xalq birliyinin əzəmətini göstərdi. İlham Əliyev müstəqil Azərbaycanın ərazi bütövlüyünü təmin edən, əzəli və əbədi torpağımız olan Qarabağı işğaldan azad edən Müzəffər Ali Baş Komandan, Sərkərdə kimi tarixdə qalacaq.
Tədbirdə Masallı rayon icra hakimiyyəti başçısının I müavini Məmmədhüseyn Hüseynov, Tarix-Diyarşünaslıq Muzeyi ərazi ilk partiya təşkilatının sədri Əntiqə Tağıyeva, Bədəlan ərazi ilk partiya təşkilatının sədri Arif Mehtiyev, Masallı Dövlət Regional Kollec ərazi ilk partiya təşkilatının sədr müavini Namiq Ağayev və başqaları mövzu ətrafında danışıb öz dərin məzmunlu fikirlərini söylədilər.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB