İsrailin nüfuzlu saytı Ermənistanda artan antisemitizmdən yazır ANALİTİK

İsrailin nüfuzlu saytı Ermənistanda artan antisemitizmdən yazır ANALİTİK

İsrael Hayom: “Erməni məni “sionist murdarı” adlandırdı”

İsrailin nüfuzlu Israelhayom.com ingilisdilli saytında Ermənistanda antisemitizmin artması ilə bağlı material dərc edilib. SİA-nın məlumatına görə, materialda bir sıra maraqlı məqamlar yer alıb. “Məlum olduğu kimi, koronavirusun “omikron” adı altındakı ştammı sürətlə yayılmaqdadır və bir çoxları ehtiyat edirlər ki, onun inkişafı bütün dünya üzrə antisemitizmi artıracaq, belə ki, insanlar öz qəzəblərini və kədərlərini yəhudilərlə əlaqələndirəcək”, deyə qeyd edilən yazıda daha sonra bildirilir ki, bir vaxtlar çoxları antisemitizmin Amerikada və Avropada sürətlə artımı barədə danışarkən, daha bir ölkə də var ki, orada da müvafiq problem mövcuddur. Bu, bir çox gözlərdən gizlənən Ermənistandır.

Massaçusetsdə dərc edilən “Armenian Weekly” qəzeti İsrailin Azərbaycana silah satışını ittiham edib

Müəllif ictimailəşdirdiyi fikirlərinə görə, ermənilər tərəfindən təhqirlərə və təzyiqlərə məruz qaldığını da bildirib: “Bir neçə gün əvvəl mənim işlərimi tənqid edən erməni Linkedin (mesajlaşma sosial şəbəkəsi-R.R.) üzərindən xəbər yollayaraq məni “sionist murdarı” adlandırdı. Bu insanın sözlərinə görə, İsrail insan həyatını qiymətləndirmir və yəhudi üstünlüyünü irəli sürür. “İsrailin süqutu kifayət qədər tez bir zamanda baş verə bilər. İsrail dünya üzrə nəhəng terror ixracatçısıdır. Ar olsun sizə və sionist məxluqlarına, hansı ki, siz onları təmsil edirsiniz”, deyə erməni istifadəçisi yazıb.

Müəllif həmçinin bildirir ki, belə bir onlayn-antisemit hücumu onun tərəfindən dərc edilən məqaləsindən sonra baş verdi. Məqalədə deyilirdi: “Massaçusetsdə dərc edilən “Armenian Weekly” qəzeti İsrailin Azərbaycana silah satışını ittiham etdikdən sonra, İsraillə Azərbaycanın strateji partnyorluğu hücuma məruz qaldı və təsdiq edildi ki, bu, Ermənistanın “Həmas” hərəkatını və “Hizbullahı” silahla təchiz etməsi ilə eyniləşdiriləcək”.

Azərbaycan ravvini Zamir İsayevin də təsdiq etdiyi kimi, İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra Ermənistanda antisemitizm yalnız gücləndi

Sözügedən yazıda İsrailə qarşı hərbi cinayətlərdə iştirakına görə əsassız ittihamlar yağdırılıb, bununla yanaşı, Azərbaycan da hədəfə alınıb.

Daha sonra yəhudi jurnalist sual verir: bu, düşünməyə vadar edir ki, Ermənistanda antisemitizm problemi varmı? Belə ki, Azərbaycan ravvini Zamir İsayevin də təsdiq etdiyi kimi, İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra Ermənistanda antisemitizm yalnız gücləndi: “Bu, normaldır, belə ki, həmin məsələ İsrailin Azərbaycanı dəstəkləməsinə görədir. Belə bir hal ermənilərin İsrailə və yəhudilərə daha çox, hətta ondan da artıq nifrət etmələrinə məcbur edir”.

Müəllif qeyd edir ki, antidiffamasiya liqası da Ermənistandakı təhlükəli antisemitizm mənzərəsini şərh edib: “Aparılan sorğuya görə, ermənilərin 68%-i hesab edir ki, yəhudilər digər ölkələrə nisbətən İsrailə daha loyaldırlar; 72%-i isə hesab edir ki, iş dünyasında kifayət qədər böyük hakimiyyətə malikdirlər; 60%-i belə nəticəyə gəlir ki, yəhudilər özlərindən başqa heç kimin qayğısına qalmırlar; 53%-i isə belə düşünür ki, yəhudilər digər insanlardan daha yaxşıdırlar”.

ABŞ-ın Dövlət departamenti Ermənistandakı dini azlıqların haqlı ittihamlarını dəstəkləyib

İsrailli jurnalist ABŞ-ın Dövlət departamentinin dini etiqad azadlığı ilə bağlı məruzəsində ADL-in araşdırması ilə bölüşdüyünü yazıb. “Ermənistanın dini azlıqları bildirirlər ki, onlar öz cəmiyyətlərinə qarşı nifrətlərlə və əsassız təqiblərlə qarşılaşmaqda davam edirlər. Onlar qeyd ediblər ki, bəhayi və s. azlıqlar da Ermənistanda təqiblərə məruz qalırlar və onları ən çox narahat edən bu ölkədə antisemitizmin dinamik artımıdır”, deyə bildirilir.

Qeyd olunur ki, müşahidəçilərə görə, İsrailə qarşı iudafobiya İsrailin Azərbaycana silah verməsindən sonra sürətlə artıb və sosial şəbəkə platformalarında yəhudiləri hədəfə alan karikaturalar, antisemit şüarlar yerləşdirilib. Xüsusilə, Facebook-da yazılan postlarda ağır təhqirlərə yol verilib. Xatırladaq ki, bu barədə ABŞ-ın Dövlət Departamenti qeyd edir.

Yəhudi icma izvləri xəbər verirdilər ki, ermənilər onları ictimai nəqliyyatda, sosial şəbəkələrdə təhqir edir, nalayiq ifadələr səsləndirirdilər

Məqalədə bildirilir ki, yəhudi cəmiyyətlərinin və s. ekspertlərin sözlərinə görə, 2020-ci ilin payızında - hərbi əməliyyatların intensivliyi dövründə Ermənistanda antisemit fikirlərin sayı sürətlə artdı. Yəhudilərin icma üzvləri həmçinin xəbər verirdilər ki, ictimai nəqliyyatda da onlara qarşı nalayiq ifadələr səsləndirilirdi. İrəvanda tarixdə insanlığa qarşı ən nəhəng cinayətlərdən biri olan Holokost soyqırımının xatirəsinə ucaldılmış abidə təhqirə məruz qaldı. Əvvəlcə, oktyabrın 14-də rəngləndi, üzərindən bir həftə keçəndən sonra qarşısında ağaclar yandırıldı və abidəyə zərər vuruldu. Yəhudi cəmiyyətinin üzvləri dəymiş zərəri aradan qaldırdılar və abidəni bərpa etdilər.

“Ermənistanın da Avropanın və Amerikanın bəzi ölkələri kimi antisemit olması sualı açıq qalmaqdadır”, deyə yazan müəllif qeyd edir ki, hələlik, Azərbaycanla Ermənistan arasındakı sülh perspektivləri görünməz qalmaqdadır və ermənilər azərbaycanlılarla sülh və əmin-amanlıq içində yaşamağ öyrənmələri yerinə İkinci Qarabağ müharibəsindəki itkilərinə görə İsraildən günah keçisi düzəltməyə çalışırlar”, israilli jurnalist yazır.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə