Kiyevdə Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) əməkdaşlarının iştirakı ilə Ukrayna azərbaycanlıları ilə görüş keçirilib, 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olunub.
SİA bildirir ki, Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, görüşdə paytaxt Kiyev də daxil olmaqla digər şəhərlərin gəlmiş 100 nəfərdən çox soydaşımız iştirak edib.
Ukrayna Azərbaycanlıları Radasının (UAR) baş katibi Ceyhun Məmmədovun moderatorluğu ilə baş tutan görüşdə Azərbaycan və Ukraynanın Dövlət himnləri səsləndirilib, Vətənin azadlığı uğrunda həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşdə çıxış edən DİDK-nin Aparat rəhbəri Daşqın Rəcəbli bildirib ki, əvvəlki illərdən fərqli olaraq, biz artıq Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində zəfər çalmış ölkənin nümayəndələri kimi görüşürük. Dövlət Komitəsinin nümayəndəsi pandemiya və Vətən müharibəsi dövründə görülən işlərdən danışıb. Qeyd olunub ki, 44 günlük müharibə dövründə dünyada Azərbaycan həqiqətlərinin təbliği istiqamətində Komitənin dəstəyi və diaspor təşkilatlarının təşkilatçılığı ilə 200-dək tədbir baş tutub. Bu tədbirlərdə siyasi baxışından, düşüncəsindən, dini inancından və milliyyətindən asılı olmayaraq, bütün azərbaycanlılar, həmyerlilərimiz fəal iştirak edib. Bu gün Komitənin də əsas məqsədlərindən biri dünyadakı, o cümlədən Ukraynadakı azərbaycanlıların güclü birliyidir.
Ukrayna Azərbaycanlıları Radasının həmsədri, Kiyev Azərbaycanlıları Konqresinin sədri Oleq Krapivin isə Ukraynada yaşayan azərbaycanlıların son illər daha da güclənən birliyindən danışıb. Bildirib ki, ölkəmizin 30 illik işğala son qoyması, qalib ölkə imicini qazanması dünyadakı bütün azərbaycanlılar kimi, onlara da böyük stimul verir. O, Ukraynadakı gənclərin xüsusilə idman sahəsində qazandığı uğurları vurğulayaraq, bundan sonra da Azərbaycan naminə əzmlə mübarizə aparacaqlarını deyib.
Radanın digər həmsədri, Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporu təşkilatının sədri Hikmət Cavadov Vətən müharibəsi dövründə azərbaycanlıların Ukraynadakı fəaliyyətindən, qalib Azərbaycan Ordusunun diaspora verdiyi stimuldan danışıb. O qeyd edib ki, bu gün Ukrayna azərbaycanlılarının birliyi bu qələbənin daimiliyi uğrundadır.
Azərbaycanın Ukraynadakı səfirliyinin müvəqqəti işlər vəkili Kamal Xəlilov deyib ki, dünya azərbaycanlılarının birliyi ulu öndər Heydər Əliyevin hər zaman arzusu olub. O, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında bu birliyin sayəsində Azərbaycanın qalib ölkəyə çevrildiyini xatırladaraq, bütün azərbaycanlıları daim bu birliyi qorumağa çağırıb.
Digər çıxışçılardan Ukrayna Azərbaycanlıları Radasının Dnepropetrovsk üzrə nümayəndəsi Eldar Tağıyev, UAR-ın gənclər təşkilatının rəhbəri Vaqif Nağıyev, Poltava üzrə rəhbəri Füzuli Qənbərov, Nikolayev şəhər sovetinin “Xalqın xidmətçisi” partiyasından deputatı Ramil Əmirbəyov və digərləri çıxışlarında təkliflərini, fikirlərini açıqlayıblar. Sonda tədbir iştirakçıları Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşıdan gələn 60 illik yubileyi münasibətilə təbrik ediblər.
Görüşdən sonra Ukrayna rəsmiləri, millət vəkilləri, politoloqlar və müxtəlif bölgələrdən gələn azərbaycanlıların iştirakı ilə bayram konserti və ziyafət təşkil olunub. Konsertdə Müslüm Maqomayev adına Mədəniyyət Mərkəzinin rəhbəri, Ukraynanın Xalq artisti Qurban Abbasov, müğənnilər Nataliya Kudryaşova, Vaqif Nağıyev və yerli musiqi qrupları çıxış edib.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Siyəzəndə vətəndaşların müraciətləri dinləniləcək
Sosial 13:23Sabah Azərbaycanda 31 dərəcə isti olacaq
Sosial 13:15“Tarın Paqaninisi” Yakutiyada Azərbaycan musiqisinin sehrini yaşatdı
Mədəniyyət 10:52Biz beynəlxalq arenada fəal əməkdaşlıq edirik - MƏQALƏ
Siyasət 10:09Hesablama Palatasının strukturu dəyişir
İqtisadiyyat 10:08Azərbaycan XİN Pakistana başsağlığı verib
Siyasət 09:47İnfantino bu planına görə ÜZR İSTƏDİ
İdman 03:22Azərbaycanlı blogerin keçmiş əri alimentə görə həbs edildi
Şou-Biznes 02:02Bakı–Şamaxı yolunda avtomobil aşıb
Hadisə 00:22"Yenidən ana olmaq istəyirəm" - Hadisədən AÇIQLAMA
Şou-Biznes 15 Oktyabr 23:19Sudanda təyyarə qəzası olub - 5 uşaq həlak olub
Dünya 15 Oktyabr 23:02"Sabah"ın qapıçısı Çempionlar Liqasının rəmzi komandasında!
İdman 15 Oktyabr 22:31Rusiya Baş Konsulluğu azərbaycanəsilli repçinin həbsinə görə Qazaxıstan XİN-ə nota göndərib
Dünya 15 Oktyabr 22:19Şavkat Mirziyoyevin Azərbaycana işgüzar səfəri başa çatıb - MƏLUMAT
Siyasət 15 Oktyabr 22:03Tanya Samburska yeni STIMMA kolleksiyasının siması oldu…
Dəb 15 Oktyabr 21:52Alimlər ilk olaraq hansı heyvanlarla danışacağımızı söylədilər...
Maraqlı 15 Oktyabr 21:28Təqaüdçülərə rənglərin parlaqlığını qaytaracaq ağıllı işıq yaradılıb...
Səhiyyə 15 Oktyabr 21:06Jeep Avropanı azad edən əfsanəni canlandıracaq...
Texnologiya 15 Oktyabr 20:49Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilib...
Siyasət 15 Oktyabr 20:43Gənc çinlilər kommunizmdən üz döndərirlər...
Dünya 15 Oktyabr 20:27Alsu yenidən ana olmağa qarşı deyil...
Şou-Biznes 15 Oktyabr 20:05Ölümcül yük altında yatmaq...
Sosial 15 Oktyabr 19:51İran ordusu: Hörmüz boğazının şərqində daha bir tanker yanıb
Dünya 15 Oktyabr 19:37ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 15 Oktyabr 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 15 Oktyabr 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 15 Oktyabr 18:49Prezidentin sosial media hesablarında videoçarx paylaşılıb
Siyasət 15 Oktyabr 18:31İnsanı inandırmağın yeddi yolu..?
Sosial 15 Oktyabr 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 15 Oktyabr 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 15 Oktyabr 17:52Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşüb - YENİLƏNİB
Siyasət 15 Oktyabr 17:428 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
Sosial 15 Oktyabr 17:33Kobaxidze Ermənistana səfər edib
Dünya 15 Oktyabr 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 15 Oktyabr 17:07Paşinyan İşçi Qrupu yaradıb...
Dünya 15 Oktyabr 17:02“Vahid məktəbli forması sosial bərabərliyin qorunmasına xidmət edir“ -FİRƏNGİZ ƏLİZADƏ
Siyasət 15 Oktyabr 16:40Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb
Hadisə 15 Oktyabr 16:35Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
Siyasət 15 Oktyabr 16:34Bakı Bəyannaməsi qəbul edilib
Siyasət 15 Oktyabr 16:34Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb - YENİLƏNİR
Siyasət 15 Oktyabr 16:32“Könüllülük gənclərin gələcək karyerası üçün mühüm imkandır“ - SOSİOLOQ DANIŞDI
Sosial 15 Oktyabr 16:26Avrasiya diplomatiyasının Bakı triumfu - ANALİZ
Siyasət 15 Oktyabr 16:25Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 15 Oktyabr 16:20"Məktəbin öz geyim qaydaları və vahid məktəbli forması olmalıdır" - ŞEYX ƏBDÜL MAHMUDOV
Təhsil 15 Oktyabr 15:54Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9090
+0,12%
-
GBP
2,2616
+0,45%
-
RUB
2,0290
+0,70%



