Prezident türk dünyasında son 200 ildən çox bir dövrdə yeganə lider oldu - ŞƏRH EDİLDİ

Prezident türk dünyasında son 200 ildən çox bir dövrdə yeganə lider oldu - ŞƏRH EDİLDİ

"Cənab Prezident İlham Əliyevin prezidentlik dövrü ən yüksək qiymətə layiqdir". Bu sözləri SİA-ya açıqlamasında deputat Elman Məmmədov deyib.

Onun sözlərinə görə, Azərbaycanın bütün sahələrdə inkişafı, beynəlxalq aləmdə nüfuzunun günü-gündən yüksəlməsi, Azərbaycanın daxilində görülən bütün quruculuq işləri, əhalimizin sosial rifahının durmadan yaxşılaşdırılmasının arxasında duran uğur torpaqlarımızın işğaldan azad olunmasıdır: "Müzəffər Ali Baş Komandan İlham Əliyevin prezident seçilən ilk gündən apardığı çox uğurlu siyasətin nəticəsində Azərbaycanın 30 ilə yaxın bir dövrdə işğal altında olan torpaqları işğaldan azad olundu və Azərbaycanın ərazi bütövlüyü təmin olundu. Bu cənab Prezidentin gördüyü bütün uğurlu işlərin nəticəsində nail olduğumuz ən ali zirvədir. Cənab Prezidentin prezidentlik dövründə apardığı işlərin nəticəsində torpaqlarımız işğaldan azad olundu. Cənab Prezident İlham Əliyev türk dünyasında son 200 ildən çox bir dövrdə yeganə lider oldu ki, torpaqlarımızı işğadan azad etdi və ərazi bütövlüyümüzü təmin etdi. Mən cənab Prezidentin 60 illik yubileyi münasibətilə təbrik edirəm".

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə