“ ...Təəssüf ki, dünyada və regionda siyasi vəziyyət indi erməni dövlətinin xeyrinə deyil, bunu təkcə Jirayr Liparityan deyil, cəmiyyətimizin düşünməyi bilən hissəsi də başa düşür. Doğrudur, Liparityan uzun illərdir ABŞ-da yaşasa da, amma tarixi vətəni ilə əlaqələrini kəsmir, yəni “babası” Levon Ter-Petrosyanla yaxın dostluğunu bu gün də davam etdirir”. Qeyd edək ki, bunlar erməni etiraflarıdır.
Maraqlıdır ki, onlar sabiq müşavirin Ermənistanın qonşularıyla bağlı səsləndirdiyi bəzi “humanist fikirləri” əsas gətirərək, onun erməni tərəfindən danışıqlara qatılmasını lazım bilməyiblər. Onlar bunu hətta birinci prezidentin müşavirdən “...heç bir tələb irəli sürməyə güc və imkanlarının olmaması” kimi də qələmə verməyə çalışırlar.
Amma yenə də buna baxmayaraq, ermənilər yaxın həftə və aylarda Türkiyənin Ermənistanın maraqlarına xidmət etməyəcək danışıqlar sərgiliyəcəklərini düşünürlər.
Məsələn, bu fikri özünü türkoloq kimi təqdim edən Varujan Qeqamyan adlı birisi öz “Facebook” səhifəsində bəyan edir. Belə ki, o bunu Ruben Rubinyanın Türkiyə ilə danışıqlarda Ermənistanın xüsusi nümayəndəsi təyin edilməsi ilə bağlı mesaja münasibət bildirərkən yazır.
Qeqamyana görə, danışıqlarda yalnız Türkiyə tərəfinin ilkin şərtləri təqdim olunacaq və bu da Ermənistan üçün “yeni təslim və güzəştlərə” gətirib çıxaracaq. Çünki erməni türkoloq danışıqlarda ölkəsini təmsil edəcək Rubinyanın erməni soyqırımını inkar etmək üçün müxtəlif anti-erməni təşəbbüslərini koordinasiya etməklə tanınan səfir Serdar Kılıç qarşısında aciz qalacağını bildirir. Qeqamyana görə, Serdar Kılıç kimi ağır çəkili bir diplomtla nə diplomatik, nə danışıqlar təcrübəsi, nə də müvafiq təhsili olmayan Rubinyanın bir masa arxasında oturması gülüncdür.
Qeyd edək ki, erməni türkoloq bütün bunları Nikol hakimiyyətinin kadr siyasətindəki səhvi kimi deyil, sadəcə olaraq, Ermənistanin Türkiyə və Azərbaycana növbəti güzəşt və məğlubiyyəti kimi təqdim edir.
Maraqlıdır ki, Qeqamyan da bəzi həmkarları kimi, Jirayr Liparityanı bu danışıqlar üçün münasib bir şəxs olduğunu bildirsə də, amma onun artıq “türk agenti”(?) ayaması aldığını xatırlamağı da özünə börc bilir. Və təbii ki, belələrinin bu danışıqlara yaxın buraxılması ermənilər üçün mümkünsüzdür.
Bəs, nə etməli? Deyim ki, Qeqamyan “böyük uzaqgörənliklə” bunun da yeganə yolunu göstərir: antimilli hakimiyyətdən qurtulmaq, yəni Nikol və onun ətrafını hakimiyyətdən uzaqlaşdırmaq.
Doğrudur, bu gün ermənilər dünyada və regionda siyasi vəziyyətin artıq onların xeyrinə olmadığını etiraf etsələr də, amma daxilən bunu “rədd etdiklərini” də gizlətmirlər.
“...Sözün əsl mənasında qəzəbdən guruldayırıq, amma ruhumuzun gizli küncündə başa düşürük ki, indi bu, qaça bilməyəcəyimiz bir reallıqdır. Bu gün dünya bizi... münasibətləri normallaşdırmağa sövq edir”.
...Əslində, “yuxarıda yeri olmayıb, aşağını bəyənməyən” ermənilərin özlərindən belə bir tərzdə müştəbehliyi adamda açı gülüş doğurur. Amma, belə görünür ki, bəzi nüansları onlar, nədənsə, unudurlar.
“...Bizi bu “tarixi itkiyə” gətirib çıxaran düşüncənin davam etməsinin mümkün nəticəsi müharibənin yenidən başlaması olacaq ki, əgər bu baş verərsə, biz əlimizdə qalanları da itirəcəyik”. Qeyd edək ki, Jirayr Liparityanın öz milləti haqqında dediyi bu fikirləri də ermənilərin unutduqları nüanslar sırasına şamil etmək olar.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB