“Ermənistan bölgədə gərginlik ocaqlarının səbəbkarıdır” POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

“Ermənistan bölgədə gərginlik ocaqlarının səbəbkarıdır” POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

“Türkiyədə 3+3 formatında əməkdaşlığın qurulması və genişləndirilməsi ilə bağlı nəzərdə tutulan görüş Soçi və Brüssel görüşlərindən sonra keçiriləcək. İstər Rusiya, istərsə də AB-nin təşəbbüsü ilə keçirilmiş görüşlərdə münaqişə tərəfləri arasındakı münasibətlərin bugünkü durumu, habelə perspektiv inkişaf yolları müzakirə olunub”. Bunu SİA-ya açıqlamasında politoloq Elşən Manafov deyib.

Onun sözlərinə görə, hər iki görüşdə Ermənistan tərəfinin Moskva razılaşmasının şərtlərinin icra ediləcəyi, nəqliyyat dəhlizlərinin, habelə, dəmir yol xətlərinin açıla biləcəyi ilə bağlı verdiyi bəyanatlar Azərbaycan diplomatiyasının bölgədə sülh və sabitliyin, habelə nəqliyyat-kommunikasiya xətlərinin açılmasında maraqlı olan dairələrlə apardığı uğurlu danışıqlar nəticəsində mümkün olmuşdur: “Türkiyədə keçiriləcək görüşün daha bir əlamətdar halı ondan ibarətdir ki, Türkiyə də Ermənistanın məlum razılaşmalara əməl edəcəyi təqdirdə, onunla diplomatik münasibətləri bərpa etməyin, habelə, quru sərhədlərinin açılacağının mümkün olacağını bəyan etmişdir. Bu isə uzun müddət regionda gərginlik ocağı olan Türkiyə Ermənistan münasibətlərinin normallaşa biləcəyinin anonsu kimi qəbul olunur. Bu məsələdə Türkiyə həm AB-nin tövsiyələrini nəzərə alır və deməli, onunla da münasibətlərin öz maraqları müstəvisində inkişaf etdirilə biləcəyi ilə bağlı amillərə ümid edir, həm də bölgədə gərginlik ocaqlarının səbəbkarından olan Ermənistanı da regionda əməkdaşlığın genişləndirilə biləcəyi ilə oyuna cəlb edirlər. AB-nin qeyri-səmimi mövqeyinin olmayacağı halda, bölgədə dövlətlərarası münasibətlərin qarşılıqlı inam və etimad müstəvisi üzərinə gətirilməsi prinsip etibarı ilə mümkün ola bilər”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə