“Atılan addımların qarşılığı Ermənistan tərəfindən olmalıdır” - POLITOLOQUN MARAQLI AÇIQLAMASI

“Atılan addımların qarşılığı Ermənistan tərəfindən olmalıdır” - POLITOLOQUN MARAQLI AÇIQLAMASI

Erçmənistanın təxribatlarına yanaşma məncə belə olmalıdır ki, bu təxribatlar adətən danışıqlardan öncə, ya danışıqları pozmaq, ya da danışıqlarda mövqeyi gücləndirmək məqsədi ilə həyata keçirilirdi. Bu sözləri SİA-ya verdiyi açıqlamasında politoloq Fərhad Məmmədli deyib.

Politoloq qeyd edinb ki, biz bu bir neçə ay ərzində hər ikisini gördük.

“Ermənistanın silahlı təxribat olmasa da, misal üçün, spikerin, parlamentin spikerinin Qarabağa səfəri barədə elanı belə Stokholmda xarici işlər nazirlərinin Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə görüşü pozdu. Digər tərəfdən Ermənistanın digər silahlı təxribatlarının da Azərbaycan tərəfindən olduqca sərt şəkildə qarşısı alındı və hətta bunların təkrar olunmaması üçün Ermənistanın postları ələ keçirildi. Yəni, bu təxribatlar yolu onları həyata keçirənlərin məqsədlərinə əks olaraq, Ermənistanın mövqeyini daha da zəiflətdi. Emənistan rəhbərliyi də anlayır ki, o resurs yoxdur ki, öz danışıqlarında mövqeyi gücləndirsinlər, əksinə olaraq bu mövqe zəiflədi, yeni diversantlar əsir düşdü və sair.

İndiki halda cənab Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyanın “tet-a-tet” görüşü, avropalıların vasitəçiyi nəticəsində 10 diversantın qaytarılması böyük ehtimalla bu “tet-a-tet” görüşdə və Brüsseldə əldə olunan razılıqlar çərçivəsində həyata keçirilib. Düşünürəm ki, burada qısa müddətli də olsa, müəyyən bir yol xəritəsi müəyyən olunub ki, məhz bu yol xəritəsi ilə tərəflər qarşılıqlı addımlar atacaq. Ümumiyyətlə, biz müqaisə üçün bir ay öncə və indiki vəziyyətə baxsaq görərik ki, artıq bir neçə istiqamətdə uzlaşmalar var. Bu həm nəqliyyat, komunnikasiya prosesinin açılmasında ən azı dəmir yolunun tikintisi ilə bağlı razılaşmalar, paralel olaraq Rusiya, Ermənistan, Türkiyə rəhbərlərinin bir institutunun formalaşması var. Yaxın gələcəkdə delimitasiya, demarkasiya prosesini tənzimləyən kamissiyanın formalaşmaası gözlənilir. Yənu, bir neçə paralel proses gedir, hansıki bununla biz deyə bilərik ki, bax indiki şəraitdə Azərbaycan tərəfindən atılan bu addımların qarşılığı da yaxın gələcəkdə Ermənistan tərəfindən olmalıdır”, deyə politoloq Fərhad Məmmədli bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə