Xalqımızın ən böyük arzularını gerçəkləşdirən QALİB LİDER - ŞƏRH
Tarix şəxsiyyətlər yetişdirir, digər həqiqqət də ondan ibarətdir ki, şəxsiyyətlər də tarix yaradırlar. Ümummilli Lider Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan artıq 18 ildir ki, etibarlı əllərdədir, davamlı və dinamik inkişaf tempi ilə uğurla irəliləyir. Zəmanəmizin dahisindən “Ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” qiymətini alan, bu inamı layiqincə doğruldan və ata vəsiyyətini yerinə yetirən, son 18 ildə Azərbaycanımızın tarixinə ancaq uğurlar, nailiyyətlər, qələbələr kimi yazılmaqla yanaşı, xalqımızın arzularını da gerçəkləşdirən Qalib Liderimiz, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarıdır. Prezident İlham Əliyev Azərbaycanın bugünkü və gələcək inkişafının təminatçısıdır. Onun rəhbərliyi ilə Azərbaycan özünün bu illər ərzində milli dövlət quruculuğu və idarəçiliyinin növbəti şərəfli mərhələsini yaşayır.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusu Vətən müharibəsində möhtəşəm Qələbə qazanaraq ərazilərimizi işğaldan azad etdi və öz adını son 200 ildə ilk dəfə olaraq torpaqlarımızı yağı tapdağından azad edən Böyük Dövlət xadimi, Qüdrətli Sərkərdə kimi Azərbaycan tarixinə həkk etdi.
İlham Əliyev şəxsiyyəti təbəddülatlı dünyanın nəbzini tuta bilməklə yanaşı, həm də müdrik rəhbər kimi sübut etdi ki, vətənpərvərlik və milli təəssübkeşlik hissi olan zaman az müddətdə çox uğura imza atmaq olar. Mahir diplomat və müdrik dövlət xadimi olan İlham Əliyev hakimiyyətinin bütün illərində dövlət və xalq maraqlarını ən ali məqsəd kimi qarşıya qoydu. Hər zaman xalqının və dövlətinin milli maraqlarını müdafiə edən qətiyyətli Ali Baş Komandanımız milli mənafeyimizi beynəlxalq aləmdə böyük qətiyyətlə qorudu, Qarabağ həqiqətlərini ən nüfuzlu təşkilatlarda, tribunalarda müxtəlif dillərdə bütün dünyaya çatdırmaqla xalqın dili, səsi oldu. «Dəmir yumruğu» ilə düşmənin başını əzməyi bacardı. Bu uzaqgörən, düşünülmüş siyasətin nəticəsi olaraq, xalq və iqtidar birliyi daha sarsılmaz şəkil aldı. Bu birlik nəticəsində illərdi düşmən tapdağı altında qalan əzəli Vətən torpaqları Ermənistanın işğalçı silahlı qüvvələrindən azad edildi. Düşməni hərbi bacarığımızla yanaşı, həm də siyasi, iqtisadi gücümüzlə də iflic etməyi bacardıq. Hərbi əməliyyatlar zamanı darmadağın edilən düşmən Qalib Liderimiz Prezident İlham Əliyevin irəli sürdüyü şərtləri qəbul edərək, məğlubiyyətini etiraf etdi. Bu, Azərbaycan xalqının şanlı qələbəsidir. Bu Ali Baş Komandanımız, Prezident İlham Əliyev cənablarının siyasətinin Qələbəsidir! Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin birgə bəyanatı bir daha sübut etdi ki, indi şərtləri Azərbaycan verəcək. Bu bəyanat mahiyyət etibarilə Ermənistanın kapitulyasiyasıdır. Bu qələbə xalqımızın əzmini, qəhrəmanlığını bir daha bütün dünyaya nümayiş etdirdi. Bu, Prezident İlham Əliyevin son 18 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyasının Qələbəsidir.

Əgər müasir dövlətçiliyimizin memarı Ümummilli Lider Heydər Əliyevdirsə, bu gün tarixi torpaqlarımızın bərpasının Şah qəhrəmanı isə Ali Baş Komandan, Prezidentimiz İlham Əliyevdir. Artıq dünya birliyi Azərbaycanın gücünü gördü və anladı ki, haqq, ədalət uğrunda savaşa qalxan ölkə öz ərazi bütövlüyünü qısa müddətdə bərpa edəcək. Nəticəni də bütün dünya gördü və şahid oldu. Müasir və müstəqil Azərbaycanın qurucusu, Ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı olan Cənab Prezidentimiz İlham Əliyev bu şərəfli yolu öz diplomatik məharəti, natiqlik bacarığı, yüksək elmi ilə uğurla davam etdirir. Vətən müharibəsində hər iki cəbhədə: hərb meydanında məğlubedilməz Ali Baş Komandan; informasiya meydanında proqmatik diplomat olduğunu isə bütün dünya ictimaiyyəti Cənab Prezidentimizin sayəsində görmüş oldu.
Tarixi qələbəmizdən dərhal sonra qüdrətli ordumuzun müzəffər Ali Baş Komandanı İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva işğaldan azad edilmiş rayonlara səfər etdi. Bütün təhlükələrə, çətinliklərə baxmayaraq müqəddəs torpaq sevgisi, xalq məhəbbəti onların yol - yoldaşı oldu. "Ən böyük xoşbəxtlik, ən böyük qiymət odur ki, xalq səni dəstəkləsin" - deyən Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanı işğaldan azad edilmiş Qarabağ torpaqlarında xalq böyük coşqu, sonsuz sevgi ilə qarşıladı. Daha sonra Xudafərin körpüsündə şanlı Azərbaycan bayrağını sonsuz səmalara qaldıran dövlətimizin başçısı İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva xalqı üçün böyük qürur, fəxarət hissi yaşatmaqla bərabər, həmçinin, bu torpaqların əzəli və əbədi türk yurdu olmasını dünyaya bir daha çatdırmış oldu.
Bəli, bu gün Qarabağ Azərbaycandır!ı bizə qaytaran Qalib SƏRKƏRDƏMİZ İlham Əliyev cənabları bu gün hər bir Azərbaycan vətəndaşı Sizinlə fəxr edir, belə güclü, qüdrətli dövlətin, məğrur, yenilməz xalqın nümayəndəsi olmağı ilə qürur duyur. Azərbaycan xalqının bütün istək və arzularını reallaşdıran, qürur və iftixar mənbəyimiz, Müzəffər Ali Baş Komandanımız Tanrı Sizi qorusun – QALİB SƏRKƏRDƏMİZ, REZİDENTİMİZ!
HƏMİD PƏNAHOV,
YAP Qazax rayon təşkilatının sədrinin səlahiyyətlərini icra edən
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB