Laçın və Zəngəzur: İrəvan özünü çıxılmaz vəziyyətə doğru necə sürükləyir? ANALİTİK+AKTUAL

Laçın və Zəngəzur: İrəvan özünü çıxılmaz vəziyyətə doğru necə sürükləyir? ANALİTİK+AKTUAL

Yaxud, üçtərəfli bəyanatda “dəhliz” ifadəsinin olub-olmaması Bakının zəfəri ilə başa çatan müharibənin nəticələrini dəyişmir!

Əgər 2020-ci ilin 10 noyabr üçtərəfli bəyanatda erməni tərəfini öz “oyun qaydalarını” davam etdirərsə, hər cümləyə, vergül və hərflərdə özünə sərf edən nəticələr çıxararsa, bu cür davamiyyət Ermənistan üçün heç də şirin sonluq vəd etmir. Üçtərəfli bəyanatda aşkar faktlara diqqət yetirək: Laçın dəhlizi iki bənddə xatırlanır – üçüncüdə və altıncıda. Azərbaycanın qərb rayonlarının Naxçıvanla əlaqəsini əks etdirən nəqliyyat rabitəsi isə doqquzuncu bənddədir. Bu zaman sual verilə bilər ki, sözügedən bəndlər arasındakı prinsipial fərq nədədir və həmin fərqlər hansı mənaları kəsb edirlər?

Laçın yolunun Zəngəzur tranzitindən fərqli olaraq “dəhliz” kimi adlandırılması hər hansı bir üstünlüyü əks etdirmir, eləcə də əks mənada...

Erməni tərəfi bunu belə aksentləşdirirlər ki, Laçın yolu ilə münasibətdə “dəhliz” terminindən istifadə olunur, lakın Azərbaycanın qərb rayonlarının Naxçıvan Muxtar Respublikasının əlaqə yolları ilə bağlı həmin termindən istifadə olunmayıb – yəni belə bir ifadə doqquzuncu bənddə mövcud deyil.

Növbəti sual: bəs bütün bu kimi iddiaların bir əhəmiyyəti varmı? Əslində, yoxdur. Yəni Laçın yolunun Zəngəzur tranzitindən fərqli olaraq “dəhliz” kimi adlandırılması hər hansı bir üstünlüyü əks etdirmir, eləcə də əks mənada...

Ona görə ki, bu sözün mənasını istənilən şəkildə şərh etmək olar. Heç bir lüğətdə, ensiklopediyada, ya da beynəlxalq konvensiyalarda “dəhliz” sözünün mənasını əks etdirən müəyyənləşdirici, dəqiqləşdirici heç nə yoxdur ki, bu da İrəvana istədiyi kimi hərəkət etməsinə imkanlar yaratsın.

Faktiki olaraq isə İrəvan boş-boşuna vaxt uzadır və bu vaxtuzatma cəhdinin də ona heç bir səmərəsi dəymir və göründüyü kimi dəyə də bilməz – Soçi və Brüssel görüşləri buna sübutdur.

Və beləliklə, “dəhliz” ifadəsi Laçını Azərbaycanın suveren ərazisi hüququndan məhrum etmir, belə ki, bu yol bilavasitə Azərbaycan Respublikasının daxili ərazisi hesab olunur, üstəlik Bakının bu ərazilərdə buraxılış-keçid məntəqələri yerləşdirməsinə birmənalı olaraq hüququ var.

Laçın yolunda Azərbaycan postlarının qurulması aksiomadır və ya digər beynəlxalq dəhlizlərin istifadə müxanizmləri də bunu sübut edir

Buna misal olaraq “Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi” (siyasi-iqtisadi termində TRASEKA) ifadəsində “dəhliz” sözünü göstərə bilərik. Lakin buna baxmayaraq, TRESEKA Qafqaz dövlətlərinin ərazisindən keçməklə Avropa və Asiya arasında rüsumsuz, gömrükdən azad, nəqliyyat əlaqəsini nəzərdə tutmur.

Eyni məna transmilli CPEC ("China–Pakistan Economic Corridor"), BCIM ("The Bangladesh, China, India and Myanmar Economic Corridor"), INSTC ("The International North–South Transport Corridor") və başqa dəhlizlərdə də əks olunmaqdadır. Bütün bunlar – nəqliyyat və iqtisadi dəhlizlərdirlər və onların hər birində pasportyoxlama məntəqləri, gömrük və fitosanitar nəzarət mexanizmləri həyata keçirilir. Bu baxımdan, Laçın dəhlizi adlanan ərazidə də eyni mexanizmlərin reallaşdırılması heç bir qanunazidlik təşkil etmir və bu, beton kimi aksiomadır!

Azərbaycanın pasport-gömrük və fitosanitar nəzarəti məntəqələrini qurmasına nə mane olur? Əlbəttə ki, heç nə!

Azərbaycanın öz ərazisində buraxılışı məntəqləri, postlar qurmasına da heç bir halda maneə yaradıla bilinməz. Misal üçün, 6-cı bənddə deyilir ki, Laçın dəhlizi 5 kilometr enində olacaq və Dağlıq Qarabağı (artıq bu ifadə yoxdur-R.R.) Ermənistanla əlaqələndirəcək, eləcə də Şuşa şəhərini görməyəcək. Nə olsun? Bəs hanı qadağa? Bu ifadənin bütün mənası ondan ibarətdir ki, ermənilər müəyyən olunmuş çərçivələrdə özlərini təhlükəsiz hiss edəcəklər, lakin onlar 5 km-lik zolaqdan kənara çıxaraq Şuşaya daxil ola bilməzlər. Ancaq bu o demək deyil ki, Azərbaycan hökuməti öz suverenliyindən imtina edərək bu zolqdan da imtina edir, yaxud orada öz sərhədini, buraxılış məntəqəsini qura bilməz və s. Üçtərəfli bəyanatın məzmununda belə bir söz, ümumiyyətlə, yoxdur!

Həmçinin bildirilir ki, dəhliz Rusiya Federasiyası sülhməramlılarının nəzarətində qalır. Qalır, lap yaxşı! Lakin belə olan halda Azərbaycanın pasport-gömrük və fitosanitar nəzarəti məntəqələrini qurmasına nə mane olur? Əlbəttə ki, heç nə! Çünki sülhməramlıların rolu birmənalı olaraq hərbi məqsədlidir və onların əsas işləri yüklərin, eləcə də insanların fiziki təhlükəsizliklərini qorumaqdan ibarətdir.

Gömrük birbaşa maliyyə, pasport nəzarəti hüquqi, fitosanitar nəzarəti isə səhiyyə məsələləridir və burada fiziki təhlükəsizliyə səbəb ola biləcək heç nə yoxdur. Sadəcə, Azərbaycanın müvafiq məntəqələrinin hər birindən keç və daha sonra Rusiya sülhməramlılarının müdafiəsi altında qal və burada çətin heç nə yoxdur!

Bakı Laçın yolu üzərindəki Zabuxda ardınca isə hazır olduqdan sonra sözügedən alternativ yolun girişində öz sərhəd-keçid məntəqəsini qura bilər

Üçtərəfli bəyanatda daha sonra bildirilir ki, üç il ərzində Dağlıq Qarabağı Ermənistanla birləşdirən Laçın dəhlizi ilə hərəkət üçün yeni marşrut planı müəyyən ediləcək. Azərbaycan hər iki istiqamətdə Laçın dəhlizi vasitəsi ilə hərəkət edən vətəndaşlara, nəqliyyat vasitələrinə və yüklərə təhlükəsizlik zəmanəti verir. Bir daha sual: hansı sərhəddə Azərbaycan postlarının qurulmasına qadağa qoyan bənd, yaxud ifadə? Göründüyü kimi, yoxdur!

Göründüyü kimi, beynəlxalq hüquqda dəhlizlərdə pasport-buraxılış və fitosanitar nəzarətinə qadağa qoyacaq hər hansı bir qanun, ya da tələb mövcud deyil. O cümlədən, beynəlxalq münasibətlərdə “dəhliz” termininin dəqiqliyini müəyyən edilməsi ilə bağlı ifadə də yoxdur ki, bunu hazırda Ermənstan nümayiş etdirir. Üstəlik, üçtərəfli bəyanatda Azərbaycanın suveren hüquqlarından imtina etməsi ilə bağlı adicə bir eyham da mövcud deyil və əlbəttə ki, ola da bilməzdi!

Məhz bütün bunlardan dəqiq məntiqli və gərək olduğu zaman qətiyyətli nəticələr hasil edən Bakı tam mənada ilk olaraq Laçın yolu üzərindəki Zabuxda ardınca isə hazır olduqdan sonra sözügedən alternativ yolun girişində öz sərhəd-keçid məntəqəsini qura bilər.

Azərbaycan Laçın yolunda buraxılış-keçid məntəqəsi qurması ilə üzərinə götürdüyü öhdəlikləri pozmur, Ermənistan isə Zəngəzur yolunda postlar qurarsa, üzərinə götürdüyü öhdəlikləri pozmuş olur

Lakin ən maraqlısı budur ki, 9-cu bənddə söhbət Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikasını əlaqələndirəcək nəqliyyat rabitəsindən gedir və orada Laçından fərqli olaraq dəhliz ifadəsi, eləcə də “maneəsiz hərəkət” sözü mövcud deyil. Bircə bu söz maneə vasitələri olan şlaqbaumları, postları, məcburi dayanacaqları istisna edir. “Dəhliz” sözü də yoxdur ki, hər hansı üstünlüyü, ya da məhdusiyyətləri əks etdirsin. Ancaq bütün bunların yerinə “maneəsiz” ifadəsi mövcuddur ki, ermənilərin tələb etdikləri postların yerləşdirilməsinə birmənalı olaraq maneə yaradır – yəni Azərbaycan tərəfi Zəngəzur dəhlizindən, yaxud nəqliyyat kommunikasiyalarından maneəsiz (!) keçmək hüququndadır!

Beləliklə, nəticə belədir: Azərbaycan Laçın yolunda buraxılış-keçid məntəqəsi qurması ilə üzərinə götürdüyü öhdəlikləri pozmur, Ermənistan isə Zəngəzur yolunda postlar qurarsa, üzərinə götürdüyü öhdəlikləri pozmuş olur. Və əgər İrəvan yenidən öz yararsız düşüncələrinin üzərində qalmaqda davam edəcəksə, əlbəttə ki, yalnız özünü daha çıxılmaz vəziyyətə doğru sürükləmiş olacaq.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə