Müsahibə Azərbaycanın informasiya mübarizəsindəki növbəti uğurudur - DEPUTAT ŞƏRH ETDİ
“Prezident İlham Əliyev Brüsselə səfəri çərçivəsində İspaniyanın “El Pais” qəzetinə geniş müsahibə verib. Jurnalist cənab Prezidentə müxtəlif aspektlərdən suallar ünvanladı. Ünvanlanan suallar regional məsələlərdən qlobal məəslələrə qədər, dünya ictimaiyyətinin bu gün marağında olan bir çox məsələlərlə bağlı idi. Cənab Prezidentin jurnalistə təmkinlə verdiyi məntiqli cavabları Brüsseldə keçirilən görüşlər ərəfəsində Azərbaycanın mövqeyini ifadə edən bir anons kimi də başa düşmək olardı”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Deputatın sözlərinə görə, müsahibədə cənab Prezident Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyimiz qələbəmizlə ölkə ərazi bütövlüyünün təmin edilməsindən və yaratdığımız yeni reallıqdan geniş danışdı: “Qeyd olunduğu kimi bir ildən çoxdur ki, müharibə sona çatıb. Amma bu bir ildə Ermənistandan revanşizmə cəhdlər olunmuş və ordumuz tərəfindən belə cəhdlərin qarşısı qətiyyətlə alınıb.
Müsahibədə ölkə başçımız gələcəyə baxışlarımızı ifadə etdi. Beləki, Azərbaycan düşmənçilik səhifəsini bağlayaraq Ermənistana sülh əlini uzadır. Ölkələrarası sərhədlərin delimitasiya-demarkasiya olunması, son sülh müqaviləsinin bağlanması və qonşuluq münasibətlərin yaradılması yaratdığımız yeni reallıqdır. Brüsseldə keçirəcək görüşlə ondan əvvəl keçirilmiş üçtərəfli görüşlər arasında bir fərqin görmədiyini bildirməklə Prezident İlham Əliyev bir növ Brüssel görüşünün gündəliyini təsdiq etmiş oldu. Əsir düşmüş və itkinlərlə bağlı münasibətdə ölkə başçımız Azərbaycanın 10 noyabra olan hərbi əsirlərini qaytardığını və hal-hazırda saxlanılanların hərbi əsir yox, təxribatçılar və cinayətkarlar olduğunu bildirməsi öllkəmizin beynəlxalq hüquqa söykənən ədalətli mövqeyinin açıqlanmasıdır”.
A.Badamov vurğulayıb ki, həm də qaytardığımız əsirləri Ermənistanda həbs edilərək işgəncələrə məruz saxladıqlarını açıqlamaqla əsirlikdə olmuş azərbaycanlılara qarşı göstərdikləri işgəncələri xatırlatmaqla Ermənistan hakimiyyətinin əsil iç üzünü açmış oldu: “Avropaya Azərbaycan qazını ixrac etməklə Rusiya ilə rəqabət aparmadığını bildirməklə ölkə başçımız Azərbaycan-Rusiya münasibətlərinin çox yüksək səviyyədə olduğunu bəyan etməklə bu münasibətlərimizə kölgə salmaq istəyən dairələrə bir mesaj göndərmiş oldu. Vətən müharibəsində döyüş meydanında müasir texnologiyalardan istifadə etmək bacarığımız Azərbaycanın hərbi sənayesi məhsullarına təlabatının artırdığını ifadə edən cənab Prezident Azərbaycanın bugünkü hərbi gücü barəsində də dünya ictimaiyyətini bir daha məlumatlandırmış oldu. Ümumiyyətlə cənab Prezidentin müsahibəsi informasiya mübarizəsindəki Azərbaycanın növbəti uğuru kimi qeyd edə bilərik”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB