Sabitliyi pozmağa çalışanlar istəyinə nail olmayacaq - PARTİYA SƏDRİ DANIŞDI
"Azərbaycan müxalifətinin bir hissəsi müxtəlif bəhanələrlə Bakı şəhərində qeyri-qanuni, icazəsiz şəkildə aksiyalar keçirməklə yaranmış və uzunmüddət formalaşmış sabitliyi pozmağa çalışırlar". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov deyib.
Onun sözlərinə görə, bu, Azərbaycan müxalifətinin hakimiyyət uğrunda mübarizəsinin əsas elementlərindən biridir: "Yəni onlar dərk edirlər ki, normal və qanuni üsullarla, seçkilər vasitəsilə hakimiyyətə gəlmək onların imkanları xaricindədir. Buna görə də onlar müxtəlif bəhanələrlə çalışırlar ki, Azərbaycan hakimiyyətini nüfuzdan salsınlar və Azərbaycana qarşı beynəlxalq təzyiqləri təşkil etsinlər. Həmin qüvvələr düşünürlər ki, bu cür aksiyalar keçirməklə müxtəlif səbəblərdən hakimiyyətdən narazı qüvvələri səfərbər etsinlər. Son nəticədə isə zorakı yollarla hakimiyyəti ələ alsınlar. Bu sınaqdan keçirilmiş bir üsuldur 1992-ci illərdə dəfələrlə buna cəhd göstərildi və nəticədə 1992-ci ilin 5-6 mart tarixlərində hakimiyyət zorakı vasitələrlə devrildi. Təbii ki, bu gün Azərbaycanda çox güclü hakimiyyət və bu cür hallara qətiyyən imkan verməyən hüquq-mühafizə orqanları var".
Arzu Qurbanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB