İndiki məqamda bu cür hərəkətləri yersiz hesab edirəm - PARTİYA SƏDRİ REAKSİYA VERDİ
“Konstitusiyamızda sərbəst toplaşmaq haqqında qanun var. Adiyyatı orqanlara məlumat verməklə aksiyalar keçirmək olar. Lakin hazırki vaxtda bu cür askiyaya ehtiyac görmürəm”. Bu fikirləri SİA-ya açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.

Partiya sədrinin sözlərinə görə, hər birimizin vətəndaş kimi qanunlar qarşısında öhdəliyimiz var və qanunlara riayət etmək borcumuzdur: “Hər dəfə bir neçə nəfərin toplaşaraq cəmiyyətdə sabitliyi pozmağa haqqı yoxdur. Bu yolverilməz haldır. Bu cür aksiyalar arxasında əlbəttə ki, bir sıra məqsədlər var. Bu, bir növ cəmiyyətin nəbzinin yoxlanmasıdır. Lakin bu kimi addımların nəticəsi olmur”.
H.Hacıyev vurğulayıb ki, bu şəkildə hərəkətlərə yol verilməsini istəməzdim: “Çünki bizim Qarabağ məsələsində böyük irəliləyişlərimiz var. Cənab Prezident Brüsseldə çox böyük işlər görüb və vacib sənədlərə imza atılıb. Ona görə də bu ərəfədə bu cür hərəkətləri yersiz hesab edirəm”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB