İrəvan-İstanbul hava reysi açılarsa NƏLƏR BAŞ VERƏ BİLƏR? - SİYASİ ŞƏRHÇİ MÖVQE BİLDİRDİ
"İrəvan-İstanbul hava reyslərinin işə başlaması əhəmiyyətli addımdır". Bunu SİA-ya açıqlamasında siyasi şərhçi İlqar Vəlizadə deyib.

O, qeyd edib ki, bu bir tərəfdən ondan xəbər verir ki, regionda kommunikasiyalar açılır. Bu da bütün tərəflərə, o cümlədən Ermənistana xeyir gətirəcək. Digər tərəfdən, bu reyslərin sayı digərlərinə nisbətən az deyil. Bu da ermənilərin Türkiyə ilə iqtisadi əlaqələr qurmağa, mallar gətirməyə münasibətinin müsbət olduğunu göstərir.
İlqar Vəlizadə bu barədə fikirlərini belə izah edib: "Bu həmçinin atılan addıma erməni əhalisinin dəstək verdiyini göstərir. Sadəcə olaraq təəssüflər olsun ki, erməni siyasətçilər hələ də Türkiyə ilə münasibətlərdə spekulyasiya yaradır və Türkiyəyə qarşı əsassız iddialar irəli sürür. Ancaq erməni siyasətçilərin bu davranışlarına baxmayaraq, bu reyslərin açılması erməni xalqının maraqlarına uyğundur. Düşünürəm ki, Türkiyə-Ermənistan münasibətləri Ermənistanın Azərbaycana qarşı daha konstruktiv mövqe sərgiləməsi, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmətlə yanaşması halında inkişaf edəcək. Beləliklə Ermənistanın qatı millətçi və revanşist qüvvələri özlərinin sosial dəstək bazasını itirəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB