Ulu Öndərin əziz xatirəsi Gürcüstanda ehtiramla anılıb

Ulu Öndərin əziz xatirəsi Gürcüstanda ehtiramla anılıb

Xalqımızın ümummilli lideri Heydər Əliyevin əziz xatirəsi Gürcüstanda ehtiramla yad olunub. SİA xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, səfirliyin və SOCAR-ın Gürcüstan nümayəndəliyinin əməkdaşları, ictimaiyyət nümayəndələri dekabrın 12-də Tbilisinin mərkəzindəki Heydər Əliyev Parkına gələrək burada Ulu Öndərin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə