Türkiyə Səfirliyi paylaşım edib

Türkiyənin Azərbaycandakı Səfirliyi Azərbaycan xalqının Ulu öndəri Heydər Əliyevin vəfatının 18-ci ildönümü münasibətilə paylaşım edib.

SİA xəbər verir ki, Səfirliyin "Tvitter"dəki paylaşımında ulu öndərin xatirəsi ehtiramla yad edilib.

“Ümummilli Lider Heydər Əliyevi vəfatının 18-ci ildönümü münasibətilə rəhmət və ehtiramla yad edirik”, - paylaşımda qeyd olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə