Şəki Heydər Əliyev Mərkəzində Ulu Öndərə həsr olunmuş silsilə tədbirlər davam edir - FOTOLAR

Şəki Heydər Əliyev Mərkəzində Ulu Öndərə həsr olunmuş silsilə tədbirlər davam edir - FOTOLAR

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım günü ilə əlaqədar Şəki Heydər Əliyev Mərkəzində silsilə tədbirlər keçirilir, məktəblilərin, tələbələrin, ayrı-ayrı əmək kollektivləri üzvlərinin ekskursiyaları təşkil olunur. Tədbirlərdə bütün ömrünü xalqımızın tərəqqisinə və firavanlığına həsr etmiş Ulu Öndərin siyasi fəaliyyətinin müxtəlif məqamlarına toxunulur, Vətən və xalq qarşısındakı əvəzsiz xidmətlərindən geniş bəhs edilir. Mərkəzin direktoru Rəşadət Sadıqov SİA- nın bölgə müxbirinə bildirib ki, ziyarətçilər ekspozisiya zalında dahi rəhbərin zəngin həyat yolu və çoxşaxəli fəaliyyətinə həsr edilən sərgi və guşələrlə yaxından tanış olurlar.

Şəki Tibb Kollecinin müəllim və tələbələrinin, Qoxmuq kənd tam orta məktəbinin şagirdlərinin, Şəki Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 9 nömrəli kitabxana filialı əməkdaşlarının iştirak etdiyi növbəti ekskursiya zamanı Mərkəzin bələdçiləri Xuraman Səmədova və Gülnar Cavadova qonaqlara Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən foto-eksponatlar və arxiv sənədləri haqqında, həmçinin zəngin həyat yolu və uğurlu siyasi kursu barədə ətraflı məlumat veriblər.

Sonra ziyarətçilər dahi rəhbərin həyat və fəaliyyətinə həsr olunmuş “Azərbaycan deyəndə” sənədli filminə tamaşa ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə