YAP Zaqatala rayon təşkilatının rəhbərliyi, rayon icra hakimiyyətinin rəhbərliyi, rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, din xadimləri, qazilər, rayon ictimaiyyətinin nümayəndələri Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən Vətən müharibəsində döyüşlərdə qəhrəmancasına şəhid olan Zaqatala rayon Danaçı kənd sakini Nəbiyev Ruslan Muhuma oğlunun ildönümü ilə əlaqədar məzarını ziyarət edib, üzərinə gül-çiçək dəstələri düzərək, əziz xatirələrini böyük ehtiramla yad ediblər.
Sonra şəhidin ailəsini ziyarət edib, qayğı və problemləri ilə maraqlanıblar. Şəhidimizin keçdiyi şərəfli döyüş yolundan bəhs edib və vətənə sədaqətli, nümunəvi gənc kimi cəmiyyətin rəğbətini qazandığını vurğulayıblar. Şəhidimizin ailə üzvləri Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən dövlət səviyyəsində şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə, minnətdarlıqlarını bildiriblər.
Şəhidlərimizin ruhu şad, məkanları cənnət olsun.
ZÜMRÜD BAYRAMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB