Artamonov Ermənistanın"demokratiya sammitinə" dəvət olunmalarından danışdı Monoetnik tayfadırlar
Rusiyalı ekspert: “Azərbaycan Zaqafqaziya İsveçrəsinin nüvəsi olmaq qərarını verib”
“Azərbaycanın bir neçə mədəni və dini ənənələr – Rusiya Türkiyə və İran arasında aparıcı körpü olması ABŞ-ın xoşuna gəlmir”. SİA xəbər verir ki, bunu vesti.az-a rusiyalı hərbi ekspert Aleksandr Artamonov Azərbaycanın ABŞ-da keçirilən “demokratiya sammiti”nə dəvət almasına münasibətini açıqlayarkən deyib.
“Azərbaycan Zaqafqaziya İsveçrəsinin nüvəsi olmaq qərarını verib”, deyən Artamonov əlavə edib ki, bütün bunlarla yanaşı, ölkə öz identikliyini də qoruyub-saxlayır, ona görə də belə bir hal ABŞ-ın xoşuna gəlməyə bilər.
Rusiyalı hərbi ekspert Ermənistanın adıçəkilən sammitə dəvət almasını da şərh edərək deyib ki, türk dünyasında təcrid olunmuş vəziyyətdə qalan ermənilər, sadəcə olaraq, qapalı monoetnik birliyi təmsil edirlər. “Onlar dövlətdən daha çox tayfadırlar ki, xarici sifarişçilərin maraqlarına xidmət edə bilərlər”, Artamonov hesab edir.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB