"Zəngəzur dəhlizi açıldıqdan sonra aradakı coğrafi birliyimizi də təyin etmiş olacağıq" -DEPUTAT MÖVQE BİLDİRDİ

"Zəngəzur dəhlizi açıldıqdan sonra aradakı coğrafi birliyimizi də təyin etmiş olacağıq" -DEPUTAT MÖVQE BİLDİRDİ

"Türk dövlətlərinin birliyi tarixi bir birlikdir. Bu birlik ümumi kökə, ümumi tarixə, ümumi mədəniyyətə, ümumi dilə söykənən bir birlikdir. Türk birliyinin yaranması və inkişafında ümumi milli lider Heydər Əliyevin rolu böyük olmuşdur. Türk birliyi ilk dəfə cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə Naxçıvanda Türk Dövlətlərinin Əməkdaşlıq Təşkilatının yaradılması ilə ərsəyə gəldi". Bunu SİA-ya açıqlamasında deputat Musa Quliyev deyib.

O, qeyd edib ki, bundan sonrakı dövrdə isə bu birlik inkişaf etdi və təşkilatlandı. Eyni zamanda birliyin bir sıra qurumları və təşkilatları yarandı. Bakıda fəaliyyət göstərən Türk Dövlətlərinin Parlament Assmbleyası yarandı. Nursultan şəhərində türk dünyası akademiyası yarandı. Ağsaqqallar şurası və digər qurumlar da yarandı.Bu il isə cənab Prezidentin və Türkiyə Cümhuriyyətinin Prezidentinin təşəbbüsü və rəhbərliyi ilə birlik təşkilata çevrildi.

Bu barədə Musa Quliyev fikirlərini belə izah edib: "Artıq bu təşkilat dünyada tanınan və qərar qəbul etmə imkanına sahib bir təşkilatdır. Hesab edirəm ki, bu təşkilat Avrasiya məkanında aparıcı rola malik olacaq. Yəni Avropa Birliyi, slavyan ölkələri birliyi və Şanxay birliyi kimi nüfuzlu bir təşkilat olacaq. Türk dövlətlərinin birgə fəaliyyəti, uğurları və inkişafı üçün hər cür iqtisadi-siyasi, ictimai-mədəni imkanlar vardır. Bu imkanlardan istifadə edərək birliyimiz gücləndirib, xarici təsirləri neytrallaşdıracağıq. Ümid edirəm ki, dövlətlərarası elmi,mədəni, təhsil sahəsində, iqtisadi sahədə əlaqələrin möhkəmlənməsi üçün işlər görülür. Zəngəzur dəhlizi açıldıqdan sonra aradakı coğrafi birliyimizi də təyin etmiş olacağıq".

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə