YAP Qusar rayon təşkilatında Vətən müharibəsinin qazisi ilə görüş keçirilib

YAP Qusar rayon təşkilatında Vətən müharibəsinin qazisi Ağabəyov Ramin Zöhrab oğlu ilə doğum günü münasibətilə görüş keçirilib. Qeyd edək ki, Ramin Ağabəyov 7 dekabr 1998-ci il tarixində Qusar şəhərində anadan olub. Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirib. Azərbaycan Silahlı Qüvvələrin leytenantı kimi Vətən müharibəsinə qatılan Ramin Murovdağ uğrunda gedən gərgin döyüşlərdə başından və ayağından ağır yaralanıb. Müharibə zamanı göstərdiyi şücaətlərinə görə Ramin Ağabəyov Prezident İlham Əliyevin sərəncamına əsasən, "Döyüşdə fərqlənməyə görə" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.

YAP Qusar rayon təşkilatı tərəfindən ad günündə Ramin Ağabəyov Fəxri Fərmanla təltif olunub və ona hədiyyə təqdim edilib.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...