Müxalifət aksiya keçirməklə əsl simasını göstərdi - MÜNASİBƏT BİLDİRİLDİ

“1 dekabr tarixində müxalifət “Saleh Rüstəmliyə azadlıq” adlı aksiya keçirməyə cəhd göstərdi. Lakin növbəti dəfə də müxalifətin bu cəhdi fiaskoya uğradı”. Bu sözləri SİA-ya açıqlamasında deputat Kamilə Əliyeva deyib.

Onun sözlərinə görə, ümumiyyətlə istər xaricdə, istər daxildə Azərbaycan dövlətinə, xalqına qarşı çıxanlar hər zaman fiaskoya uğrayıblar: “Özünü vətənpərvər adlandıran şəxslər əgər bu amala qulluq edirdilərsə, həmin gün aksiya keçirmək əvəzinə şəhid ailələrinin yanında ola bilərdilər. Onlar bu cür aksiya keçirməklə öz əsl üzlərini göstərdilər. Müxalifətin bu cür qeyri-qanuni aksiyasının arxasında başqa niyyətlər durur. Bu cür qruplar xaricdən təlimatlandırılırlar, maliyyələşirlər. Bu “liderlər” son dövrlər Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzuna qara yaxmaq niyyətindədirlər. Bir sözlə onların bu hərəkəti dövlətə qarşı yönəlmiş bir aksiya idi. Azərbaycan dövlətinin bu uğurlarını onlar həzm edə bilmirlər. Özlərini azərbaycanlı sayan hər bir kəs əslində Azərbaycanın bu uğurları ilə fəxr etməlidirlər”.

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...