Ombudsmanın İtaliyaya səfəri İtaliya mətbuatında geniş işıqlandırılıb

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın İtaliyaya səfəri İtaliya mətbuatında geniş şəkildə işıqlandırılıb.

Səfər çərçivəsində İtaliya Senatında Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın Senatın insan hüquqlarının müdafiəsi və təşviqi üzrə fövqəladə komissiyanın sədri, senator Corcio Fede və Komissiyanın üzvlərinin iştirakı ilə həmin komissiyada təşkil edilmiş dinləmə Senatın televiziya kanalı olan Senat TV-də və Senatın youtube kanalında canlı olaraq yayımlanıb və həmin platformalarda yerləşdirilib. Habelə, sözügedən dinləmə “Radio Radicale” radiosu üzərindən də ictimaiyyətə təqdim edilib.

https://webtv.senato.it/4621?video_evento=239275

https://www.youtube.com/watch?v=j67FdeaezdQ

https://www.radioradicale.it/scheda/654497/commissione-straordinaria-diritti-umani

Səfər çərçivəsində Ombudsman S.Əliyevanın İtaliya Parlamentinin Deputatlar Palatasının Mətbuat zalında Deputatlar Palatasının vitse prezidenti, deputat Ettore Rosatonun təşkilatçılığı, parlament üzvlərinin və mətbuat nümayəndələrinin iştirakı ilə keçirilmiş mətbuat konfransı Deputatlar Palatasının televisiyası olan Camera TV-də canlı olaraq yayımlanıb və rəsmi veb səhifədə yerləşdirilib.

https://webtv.camera.it/evento/19594

Bununla yanaşı, İtaliyanın nüfuzlu “Il Giornale” qəzeti, aparıcı “Askanews”, “Agenzia Nova” informasiya agentlikləri, “MSN”və “Kmetro0” informasiya portalları İnsan Hüquqları üzrə Müvəkkil S.Əliyevanın İtaliyaya səfərinə geniş yer verərək səfər çərçivəsində İtaliya İnsan Hüquqları Federasiyasının Prezidenti Antonio Stanqonun təşkilatçılığı ilə keçirilmiş dəyirmi masa və İtaliya Respublikası Parlamentinin Deputatlar Palatasının Xarici əlaqələr və icma komissiyasının sədri Piero Fassino ilə keçirilmiş görüş, habelə İtaliya Senatında təşkil edilmiş dinləmələrdə və İtaliya Deputatlar Palatasında təşkil edilmiş mətbuat konfransında Ombudsman S.Əliyevanın səsləndirdiyi bəyanatlar əsasında məqalələr dərc edib.

Səfər çərçivəsində İnsan Hüquqları üzrə Müvəkkil S.Əliyevanın “Agenzia Nova” Informasiya agentliyinə bağlı “Nova News” informasiya portalında və İtaliyanın “L'Opinione” qəzetində geniş müsahibələri dərc olunub.

“Nova News” informasiya portalında “Azərbaycan, İnsan Hüquqları üzrə Müvəkkil, Ermənistan, bizə mina xəritələrin təqdim et” başlıqlı müsahibəsində Ombudsman işğaldan azad edilmiş ərazilərdəki mina problemi, münaqişə dövründə itkin düşmüş azərbaycanlılar, Ermənistan tərəfindən 30 illik işğal dövründə tarixi abidələrimizə qarşı törədilmiş vəhşiliklərdən və müharibə cinayətlərindən bəhs edib.

“L'Opinione” qəzetində dərc olunmuş müsahibəsində Ombudsman S.Əliyeva İtaliyaya səfəri çərçivəsində keçirilmiş görüşlər və tədbirlər, Ombudsman tərəfindən İtalyan nümayəndələrə təqdim edilmiş hesabatlar, Ermənistanın münaqişə dövründə həyata keçiridiyi hərbi cinayətlər, mina problemi və itkin düşmüş şəxslərlə bağlı danışıb.

Bununla yanaşı, Ombudsman S.Əliyevanın iştirakı ilə Deputatlar Palatasında təşkil edilmiş mətbuatkon fransında səsləndirilmiş bəyanatlar və müvafiq müsahibə orada iştirak edən “Anadolu” agentliyinin Roma üzrə müxbiri tərəfindən Türkiyə mətbuatında da geniş şəkildə işıqlandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...