Soçi bəyanatı proseslərin Azərbaycanın nəzarəti və diqtəsi altında getdiyini göstərir - DEPUTAT ŞƏRH ETDİ

"Nikol Paşinyanın Zəngəzur haqqında dedikləri, əlbəttə ki, onun daxili auditoriyası üçün hesablanıb və özünün çıxılmaz, məğlub durumunu ört-basdır etmək məqsədi daşıyır. Heç şübhəsiz ki, Zəngəzur dəhlizi də olacaq, Zəngəzurun şərqi də, qərbi də olacaq. Zəngəzurun bu başından o başına gediş-gəliş olacaq. Bunu Azərbaycan Prezidenti təmin edəcəkdir". Bunu SİA-ya açıqlamasında deputat Musa Quliyev deyib.

O, qeyd edib ki, gərəkərsə Azərbaycan ordusu da bu prosesdə iştirak edə bilər. O ki qaldı Zəngəzur termininə qıcıqlı münasibətə, bu təkcə Paşinyan ilə bağlı deyil. Bu bütövlükdə Ermənistan, erməni siyasətçi və tarixçiləri ilə bağlı məsələdir. Məsələ burasındadır ki, Zəngəzurun və Zəngəzur terminin ermənilər onlara məxsus olmadığını özləri də yaxşı bilir. 90-cı ildə məhz buna görə, Zəngəzur adından imtina edib, Sünik adından istifadə etməyə başlamışdılar. Amma buna baxmayaraq Zəngəzur dəhlizi də olacaq, Zəngəzurun şərqi də, qərbi də olacaq. Paşinyan özü öz fikrini müəyyən vaxtdan sonra təkzib etməyi adət halına çevirib.

Musa Quliyev bu barədə fikirlərini belə izah edib: "Əgər o, iki il bundan qabaq Şuşaya gəlib, rəqs edib, Qarabağ Ermənistandır deyirdisə, indi o, İrəvan da Qarabağ Azərbaycandır, bizi 30 ildir aldadıblar deyə etiraf edir. İndi o, həqiqətləri dilə gətirməyə məcburdur. Soçi görüşü və Soçidə elan olunan bəyanat da onu göstərir ki, proseslər Azərbaycanın nəzarəti və diqtəsi altında gedir. Azərbaycan Prezidentinin qarşıya qoyduğu bütün məsələlər ardıcıllıqla və addım-addım həyata keçməkdədir. İnşallah biz yaxın vaxtlarda Zəngəzur dəhlizinin açılmasının da şahidi olacağıq. Sərhədlər də müəyyənləşəcək. Delimitasiya və demarkasiya proseslərinə başlanacaq. Bizim əsas məqsədimiz böyük və davamlı sülhə imza atmaqdır ki, bölgədə yeni bir həyat başlasın. Azərbaycan və Türkiyənin təşəbbüsü ilə müharibə son qoyulub, regionda sülh və əməkdaşlıq şəraiti yaransın".

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə