Lənkəran rayonu Mamust kəndində şəhid bulağının açılışı olub FOTOLAR

Lənkəran rayonu Mamust kəndində şəhid bulağının açılışı olub FOTOLAR

Müzəffər Azərbaycan Ordusunun erməni işğalçıları üzərində tarixi qələbəsi ilə başa çatmış 44 günlük Vətən müharibəsində qəhrəmancasına həlak olan şəhidlərdən biri də Lənkəran rayonunun Mamust kənd sakini Qulamzadə Afərin Müqəddəs oğlu olub. Könüllü olaraq müharibəyə getmiş Afərin Qulamzadə torpaqların azadlığı uğrunda qəhrəmancasına şəhid olub. Ali Baş Komandan tərəfindən o, göstərdiyi şücaətə görə medallarla təltif olunub. Vətən müharibəsi şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı tədbirlər çərçivəsində şəhid Qulamzadə Afərin Müqəddəs oğlunun adına doğulduğu Mamusta kəndində xatirə bulağı tikilib.

Noyabrın 19-da şəhidin adına tikilmiş bulağın açılışı olub. Bununla əlaqədar keçirilən mərasimdə YAP Lənkəran Rayon Təşkilatının əməkdaşları, şəhid valideynləri, ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Noyabrın 19-u şəhid Afərin Qulamzadə şəhidlik zirvəsinə yetişdiyi gün olduğu üçün YAP Lənkəran Rayon Təşkilatının əməkdaşları, qazilər və tədbir iştirakçıları qəsəbə qəbiristanlığına baş çəkib qəbrini ziyarət edib üzərinə tər çiçəklər düzməklə bir daha ehtiramlarını ifadə ediblər. Sonra onun və cəmi şəhidlərin ruhuna dualar oxunub.

Rəfiqə

Bütün xəbərlər Facebook səhifəmizdə