“Silahlıların ərazidə olması ermənilərin reinteqrasiyasına maneədir” - POLİTOLOQ AÇIQLADI
Bəyanatın dördüncü bəndinə əsasən, sülhməramlıların yerləşdirilməsi, əlbəttə ki, Ermənistan silahlı qüvvələrinin oradan çıxması ilə paralel keçirilməli idi. Bu sözləri SİA-ya verdiyi açıqlamasında politoloq Fərhad Məmmədli deyib.

Politoloqun sözlərinə görə, əfsuslar olsun ki, bu ancaq üç rayon kontekstində, Ağdam, Kəlbəcər, Laçın rayonları kontekstində baş verdi, amma onların müvəqqəti yerləşdiyi ərazidə silahlı qüvvələr qalıbdır və bu da Azərbaycan-Rusiya gündəliyində duran məsələdir.
“Azərbaycan bunu Ermənistanla da müzakirə etmir, çünki bu artıq 44 günlük müharibədən sonra daxili məsələ kimi qəbul olunub. Amma Rusiyanın sülhməramlıları oradadırlarsa, bu aydınlaşdırılmalıdır. İkinci tərəfdən məsələ Rusiya sülhməramlılarının mandatı ilə bağlıdır. Onların səlahiyyəti nəyə çatır? Bu vədədə bir çox məsələlər, ilk növbədə Laçın dəhlizində insanların, yüklərin, avtomobillərin yoxlanış qaydası öz əksini, həllini tapmır. Çünki, sənədlə təhlülkəsizliyi Azərbaycan təmin edir, nəzarəti Rusiya həyata keçirir, amma bu yalnız təhlükəsizliyə aiddir və hansısa bir nəzarətə aid deyil.
Azərbaycanın mövqeyi ondan ibarətdir ki, təhlükəsizliyin təminatı nəzarəti inkar etmir. Ona görə, Laçın dəhlizinə də nəzarət olunmalıdır. Ən azından girişi və çıxışına nəzarət olmalıdır. Təxribat hadisələri də bir daha bu məsələlərin həllinin nə qədər vacib və aktual olduğunu nümayiş etdirir, çünki belə hadisələr, ümumiyyətlə silahlıların bu ərazidə olması ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiyasına bir maneədir”, deyə Fərhad Məmmədli bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB