"Ermənistan hakimiyyətinin devrilməsi 2-3 həftəlik işdir" - MÜNASİBƏT BİLDİRİLDİ

"Ermənistan hakimiyyətinin devrilməsi 2-3 həftəlik işdir" - MÜNASİBƏT BİLDİRİLDİ

“Sözsüz ki, son vaxtlar Ermənistan dövlətinin daxilində revanşist qüvvələrin hakimiyyətə göstərdiyi təyziqlər fonunda Azərbaycan-Ermənistan sərhədində belə bir təxribatların baş verəcəyi gözlənilən hal idi”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Sahil İskəndərov bildirib.

Onun sözlərinə görə, bü cür təxribatların baş verməsi heç də təəccüblü deyil: “Azərbaycan ordusunun həmin təxribatların qarşısını çox məharətlə alması və az itkilər hesabına düşmənə çox ağır zərbələr və itkilər verməklə bu müharibəni udması ondan xəbər verir ki, Azərbaycan tərəf hər zaman buna hazır olub. Amma Ermənistanda niyə bu hallar baş verir?

Bir məqamı da nəzərdən qaçırmayaq ki, son vaxtlar məhz üçtərəfli komissiyanın da işi haqqında məlumatlar ortaya qoyulduqca yəni sərhədlərin delimitasiyası və demarkasiyası və xüsusi ilə də bu baxımdan Zəngəzur dəhlizinin açılması məsələsində biz görürük ki, artıq Ermənistanda revanşist qüvvələr daha çox xal toplamağa çalışırlar və buna müəyyən mənada da nail olurlar. Hökumətə isə çox ciddi təyziqlər göstərilirdi. Axır vaxtlarda baş vermiş son parlament iclasında dinləmələr zamanı qapalı müzakirə keçirildi. Bu iclasdan sonra indi Ermənistanda ana müxalifət hesab edilən “Hayastan” partiyasının lideri, sabiq prezident Robert Koçaryan birmənalı şəkildə bəyan etdi ki, bu hakimiyyətin devrilməsi istər barikadalar yolu ilə, istərsə də sülh yolu ilə uzağı 2-3 həftənin işidir. Yəni konkret olaraq bu onu göstərir ki, revanşist qüvvələrin Ermənistan hakimiyyətinin devrilməsi məsələsində ciddi fikirləri var və burada bir məqam da var ki, həm revanşist qüvvələrə, həm də kənardan Ermənistan hakimiyyətinin özünə çox ciddi təsirlər göstərir”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə