"Dirçəliş Gününü əlavə bir qürur hissi ilə qeyd edirik" -POLİTOLOQ FİKİR BİLDİRDİ

"Əlbəttə ki, hər bir azərbaycanlının ürəyində Azərbaycanın müstəqilliyi ən vacib məsələlərdən biridir". Bunu SİA-ya açıqlamasında politoloq Fərhad Mehdiyev deyib.

O, qeyd edib ki, Dirçəliş Günü də bu müstəqilliyimizə səbəb olan digər tarixi bir gündür. Bu il Dirçəliş Günü daha bir önəmlidir.

Bu barədə Fərhad Mehdiyev fikirlərini belə izah edib: "Çünki biz ərazi bütövlüyümüzü demək olar ki, tam bərpa etmişik. Bərpa etməyə də davam edirik. Ona görə də, hesab edirəm ki, bu il Dirçəliş Günü daha bir böyük əhəmiyyət kəsb edir. Biz indi müharibədən müzəffər olaraq ayrılmış bir xalq olaraq, işğaldan azad etdiyimiz ərazilərdə quruculuq bərpa işləri aparıldığı belə bir vaxtda Dirçəliş Gününü əlavə bir qürur hissi ilə qeyd edirik".

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə