Samux rayonunda YAP-ın yaranmasının 29-cu ildönümünə həsr olunmuş Şahmat birinciliyinə start verilib FOTOLAR

Samux rayonunda YAP-ın yaranmasının 29-cu ildönümünə həsr olunmuş Şahmat birinciliyinə start verilib FOTOLAR

Yeni Azərbaycan Partiyasının yaranmasının 29-cu ildönümü münasibətilə YAP Samux rayon təşkilatında silsilə tədbirlər keçirilir. 16 noyabr 2021-ci il tarixində YAP Samux rayon təşkilatının tədbirlər planına uyğun olaraq Samux rayon Uşaq-gənclər İdman Şahmat məktəbində Yeni Azərbaycan Partiyasının yaranmasının 29-cu ildönümünə həsr olunmuş Şahmat birinciliyinə start verilmişdir. Turnirdə 80-dən çox şahmatçı iştirak edir. Turnir Swiss Maneger püşkatma proqramı ilə İsveçrə sistemi üzrə A və B qruplarında aparılır. Yarışda A və B qrupları üzrə I, II və III yerləri tutan şahmatçılar diplom və medallarla mükafatlandırılacaqlar.

İLHAM

Bütün xəbərlər Facebook səhifəmizdə