Gənclər böyük həvəslə Yeni Azərbaycan Partiyasının sıralarına üzv olurlar FOTOLAR

Gənclər böyük həvəslə Yeni Azərbaycan Partiyasının sıralarına üzv olurlar FOTOLAR

Yeni Azərbaycan Partiyasının Qobustan rayon təşkilatında partiyanın təsis edilməsinin 29-cu ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilir

Bu gün YAP Qobustan rayon təşkilatının gənclər idman idarəsi ərazi ilk partiya təşkilatında Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 29-cu ildönümü münasibətilə tədbir keçirilib. YAP Qobustan rayon təşkilatının sədrinin səlahiyyətlərini icra edən Füzuli Gülaliyev çıxış edərək bildirdi ki, Yeni Azərbaycan Partiyası tarixi zərurətdən yarandı. Yarandığı gündən xilaskarlıq missiyasını, dövlətçiliyin möhkəmlənməsini, müstəqilliyin əbədiliyini başlıca vəzifə kimi qarşıya qoyan Ümummilli Lider Heydər Əliyevin qətiyyəti sayəsində Azərbaycanın inkişaf yolu müəyyənləşdirildi. Azərbaycanın bu gün qazandığı uğurların əsasını da Ulu Öndərin siyasətini qətiyyətlə davam etdirən Prezident, YAP-ın Sədri İlham Əliyevin liderlik cəsarəti, xalq-iqtidar birliyi təşkil edir. Partiyanın siyasi xəttinin əsasını təşkil edən müstəqilliyin qorunması, sabitliyin təminatı, qanunvericiliyin, dövlət idarəçiliyinin təkmilləşdirilməsi naminə aparılan islahatlar inamla davam etdirilir.

Ulu Öndərin ideyasını davam etdirən Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin ətrafında sıx birləşməklə birlik nümayiş etdirən Azərbaycan xalqı həmrəyliyini 44 gün davam edən İkinci Qarabağ müharibəsində qazanılan Zəfərimizlə təsdiqləndi. 30 il Ermənistan silahlılarının əsarətində qalan Azərbaycan torpaqlarının işğaldan azad olunması Prezident, Ali Baş Komandan, YAP Sədri İlham Əliyevin liderlik fəlsəfəsinin və qətiyyətinin təzahürü kimi bütün dünya ictimaiyyətini heyrətləndirdi. Ermənistanın kapitulyasiya aktını imzalaması, bu günlərdə bir illik yubileyi qeyd olunan şanlı Zəfərimizin təntənə ilə qeyd olunması, qədim mədəniyyət paytaxtımız Şuşada “Şuşa Bəyannaməsinin“ imzalanması, «Xarıbülbül» musiqi festivalının, Vaqif Poeziya Günlərinin keçirilməsi, cəmi 8 ayda Füzuli Beynəlxalq Hava Limanın istifadəyə verilməsi, işğaldan azad olunan ərazilərdə aparılan bərpa- quruculuq işlərinin sürətlənməsi, yol, nəqliyyat, enerji infrastrukturlarının geniş miqyasda həyata keçirilməsi, ermənilər tərəfindən dağıdılmış məscidlərin, müxtəlif icmalara məxsus dini abidələrin bərpa və təmiri paytaxtımızda Hərbi Qənimtələr Parkının yaradılması işğalçı Ermənistana zərbədir. Bu uğurlar Prezident, Ali Baş Komandan, siyasi əzmi, qətiyyəti ilə xalqımızı bir məqsəd naminə birləşdirən İlham Əliyevin rəhbərliyi ilə qazanılmışdır. Üçrəngli bayrağımız, YAP ətrafında birləşən insanlar «Dəmir yumruq» əməliyyatında da birlik, həmrəylik nümayiş etdirdilər.

Qobustan rayon Gənclər İdman İdarəsinin müdiri, Ərazi ilk partiya təşkilatının sədri Əkbərov Qadir YAP-ın yaranma tarixindən, o dövrün ictimai-siyasi proseslərindən bəhs edib. YAP üzvləri Ulu Öndərin siyasi xəttinə sadiq qalaraq onun siyasətini müasir dünyada aparmaq üçün bu gün də bütün lazımi səyləri göstərirlər. O, əminliklə bildirib ki, partiya qarşıdakı dövrdə də sahib olduğu resurslardan, ictimai-siyasi nüfuzundan istifadə edərək müasir və qüdrətli Azərbaycanın gələcəyi naminə milli tərəqqiyə xidmət edən vəzifələrin yerinə yetirilməsinə öz layiqli töhfəsini verəcək.

Tədbirdə çıxış edən Gənclər evinin direktoru Anar Rzaquliyev bildirdiki, bu gün gənclərimizin mütləq əksəriyyəti YAP-ın siyasətini dəstəkləyir Yeni Azərbaycan Partiyası sıralarına böyük həvəslə üzv olurlar.

Rəfiqə

Bütün xəbərlər Facebook səhifəmizdə