29 il Zəfərlərə doğru gedən monolit partiya - Yeni Azərbaycan Partiyası
Bu gün Yeni Azərbaycan Partiyasının yaranmasının 29-ci ildönümünü 30 il ərzində əzəli-əbədi torpaqlarımızı işğal altında saxlayan təcavüzkar Ermənistan hakimiyyətinin nəhayət ki, qanunsuz əməllərinə beynəlxalq hüquq çərçivəsində son qoyulduğu, tarixi ədalətin bərpa olunduğu, haqq savaşımızda qələbə qazandığımız – Qarabağ Azərbaycanındır!, Qarabağ Azərbaycandır! NİDA!-sını qoyduğu tarixi Zəfər Günümüzün bir illiyini etdiyimiz günlər ərəfəsində qeyd edirik. Ən maraqlı məqam odur ki, Yeni Azərbaycan Partiyasının yaranmasının tarixi Azərbaycanın müstəqillik dövrünün tarixi ilə, demək olar ki, üst-üstə düşür. Və bu tarixin ardınca isə İkinci Qarabağ müharibəsinin şanlı qələbə tarixidir. Bu böyük qələbəni bizə Müzəffər Ali Baş Komandanımızın "dəmir yumruq" əməliyyatı nəticəsində Güclü ordumuzun cəsarəti və rəşadətli əsgər və zabitlərimizin qanı bahasına əldə edildi. Və əldə edilən bu zəfəri, qalibiyyəti Azərbaycan xalqına bəxş etməklə Prezident İlham Əliyev həm də həyatını Azərbaycana həsr edən, "Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur", - deyən Ulu Öndərin arzusunu reallaşdırdı. "Mən bu gün ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir!".
Bəli, bu böyük qələbədir, bu günümüzlə qürur duyuruq. Bu Prezident İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olunmasının ən başlıca səbəbidir. Ən nəhayət, əldə olunan qələbə həm də dövlət-xalq-ordu birliyinin bəhrəsidir. Və bu gün Yeni Azərbaycan Partiyası da məhz xalqın birliyinin partiyasıdır. Çünki ökəmizin siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının yaranması və təşəkkül tapması milli tariximizdə görkəmli yer tutan Ulu Öndər Heydər Əliyevin şərəfli adı ilə bağlıdır. 1992-ci ildə xaos, anarxiya vəziyyətində olan bir ölkəyə xalqı bu çətin vəziyyətdən çıxarmaq bacarığı olan güclü bir liderin ölkə rəhbərliyə gətirilməsi əsas şərt idi. Azərbaycan xalqı bu məsələdə Ulu Öndər Heydər Əliyev fenomeninin üzərində dayandı. Çünki xalq nicat yolunu yalnız Heydər Əliyevin hakimiyyətə tarixi qayıdışında görürdü. Azərbaycanın gələcək taleyini qaragüruhun əlindən almağa təşəbbüs göstərməli idi. Və belə zamanlarda xalqın həmişə üz tutub çıxış yolu üçün müdrik bir fikrini, ağıllı bir məsləhətini umduğu insanlar - ziyalılarımız hərəkətə keçdilər. Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər. Bu, elə bir partiya olmalı idi ki, ona rəhbərlik edəcək şəxs ümumən Azərbaycan xalqına liderlik qüdrətində olsun. Bunu öz həyat və fəaliyyətinin əvvəlki səhifələrində sübuta yetirsin. Ölkənin və xalqın gələcəyinə görə məsuliyyəti öz üzərinə götürə bilsin.
Beləliklə, Azərbaycan xalqı, onun seçkin insanları Heydər Əliyev şəxsiyyəti işığında birləşdilər. 91 nəfər görkəmli ziyalımızın imzası ilə Naxçıvana, ulu öndərə müraciət göndərildi. Azərbaycanın ən yeni tarixinə "91-lər”in müraciəti kimi daxil olmuş həmin sənəd əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Ona görə də 1992-ci ilin noyabrın 21-də YAP-ın təsis konfransının keçirilməsi təsadüfi hadisə deyildi, bu xalqın istəyi ilə yaradılan bir siyasi partiya idi.
Əlbəttə, o dövrlər YAP-ın yaradılması üçün manelər törədilirdi. Həmin vaxtlar xalqımızın dahi oğlu, tanınmış dövlət xadimi Ümummilli Lider Heydər Əliyev o dövrdə blokada şəraitində olan Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri idi. Ulu Öndər ziyalıların müraciətini qəbul etsə də, Onun Bakıya gəlməsinə o zamankı səriştəsiz şəxslərin rəhbərlik etdiyi hakimiyyətin maneələr yaratması ucbatından, partiyanın yaradılmasını istəyən insanların bir hissəsi Naxçıvana gedərək, partiyanın təsis konfransını orada keçirməyə nail oldular. Yenə də xalqın Heydər Əliyevə olan inanmını bəzi qüvvələr sarsıda bilmədi. Naxçıvanda yaradılan YAP-ın təsis konfransında Ümummilli Lider Heydər Əliyev yekdilliklə yeni yaradılan partiyanın Sədri seçildi. Bunula da Azərbaycan xalqı artıq nicat yoluna qədəm qoydu. Çünki qısa zaman kəsiyində YAP siyasi hakimiyyətə gəldi. Bunun əsas qayəsi xalqın öz liderinə inam və etibar idi. YAP öz yaranışı ilə Azərbaycanın ictimai-siyasi fikir, siyasi fəaliyyət və mübarizələr tarixinə yeni bir keyfiyyət halı gətirdi. Və Dahi şəxsiyyət Heydər Əliyevin 1993-cü il prezident seçkilərdə xalqın səsini qazandı. Bundan sonra Azərbaycan xalqı artıq tam əmin oldu ki, hakimiyyət sükanı etibarlı əllərdədir. Heydər Əliyevin hakimiyyətə tarixi qayıdışı və qətiyyətli addımları nəticəsində çox keçmədi ki, ölkə böhran vəziyyətindən çıxarıldı. Bütün sahələrin inkişafına xüsusi diqqət yetirildi. Xalqın sabahına hesablanmış mütərəqqi siyasət yeridildi. YAP Azərbaycan dövlətçiliyinin, onun müstəqilliyinin, bu gününün və sabahının qarantı deməkdir. Ona görə də, bu gün Yeni Azərbaycan Partiyasının keçdiyi yola nəzər salanda, görürük ki, inanılmaz dərəcədəki inkişaf hansı keşməkeşlərdən keçib. Bu, bir daha onu deməyə əsas verir ki, xalq öz seçimində yanılmadı. Xalqın düzgün seçimi yeni və qüdrətli Azərbaycanın yaranması ilə nəticələndi. Ona görə ki, YAP üzərinə düşən missiyanı uğurla həyata keçirdi və bu gün də bu inkişaf göz önündədir.
Xalqının firavan gələcəyinə hesablanan mütərəqqi siyasi kursun davamçısı – Qalib Lider Prezidenti İlham Əliyev
Bəli, bu siyasi kursu davam etdirmək asan məsələ deyil. Çünki bu siyasi kursu layiqincə davam etdirmək böyük məsuliyyətdir. Bu gün birmənalı şəkildə demək olar ki, ölkə Prezidenti İlham Əliyev bu kursun ən layiqli davamçısıdır.
Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin martın 5-də partiyanın VII qurultayında dərin məzmunlu, proqram xarakterli nitqi ayrı-ayrı dövrlərin reallıqlarının aydın mənzərəsini yaratmaqla yanaşı, qarşıdakı illərin prioritetlərinin təqdimatı oldu. Qurultayda birliyimizin, həmrəyliyimizin, partiyanın təsis olunmasından ötən 29 ilə yaxın müddətdə toplanmış tarixi təcrübə ilə gənc nəslin dinamizmi arasında vəhdətin yaradılmasının, ölkəmizdə siyasi dialoq mühitinin mövcudluğunun təsdiqi olan qərarların qəbulu və sair kimi mühüm addımlar Yeni Azərbaycan Partiyasının daim təkmilləşməyə, yeniləşməyə açıq olduğunu bir daha əyani şəkildə sübut etdi.
Prezident İlham Əliyev urultaydakı proqram xarakterli nitqində “Biz bu tarixi yaxşı bilməliyik. O tarixi yaşamayanlar isə bunu öyrənməlidirlər. Mən demişəm, bizim dərsliklərdə bu tarixlə bağlı geniş məlumat verilməlidir. O tarixin canlı şahidləri öz xatirələrini bölüşməlidirlər ki, bu tarix əbədi yaşasın. Bu müstəqillik tariximiz məhz ondan başladı, 1991-ci ilin oktyabrından yox”-,-deyən dövlət başçımız Yeni Azərbaycan Partiyasının hansı çətin şəraitdə yaradılmasından, həmin dövrdə xalqın böyük əksəriyyətinin istəyinin ifadəsi olaraq 91 nəfər ziyalının onları hər an təqib edən təhdidlərdən qorxmadan, heç nədən çəkinmədən, böyük cəsarət göstərərək, dövlətin maraqlarını hər şeydən üstün tutaraq ulu öndər Heydər Əliyevə müraciət etməsindən, partiyanın təsis konfransının hansı səbəblərdən Bakıda deyil, Naxçıvanda keçirilməsindən, ümumiyyətlə, 1992-ci ilin noyabr ayının gənc Azərbaycan dövlətinin həyatında yeni bir mərhələyə yol açmasından geniş bəhs etdi. Bu reallıq hər zaman böyük minnətdarlıq hissi ilə qeyd edilir ki, “91-lər”in Ulu Öndərə müraciəti müstəqilliyimizin əbədiliyinin təmin edilməsində əhəmiyyətli rol oynadı. Ümummilli Liderimizə tarixi müraciətin müəllifi olan “91-lər”in üzvü olaraq bu məqamı xüsusi qeyd etmək istərdim ki, ziyalıların “Azərbaycan Sizin sözünüzü gözləyir” tarixi müraciətinə dahi şəxsiyyət Heydər Əliyevin “Yeni, müstəqil Azərbaycan uğrunda” başlıqlı cavabı Azərbaycanın “olum, ya ölüm” dilemması qarşısında qaldığı o çətin dövrdə hər birimizdə yeni bir siyasi partiyanın təsis edilməsi ideyasının reallaşacağına böyük ümidlər yaratdı.
Ümummilli Lider “91-lər”in həmin müraciətinə tarixi cavabında bildirdi ki, belə bir partiya Azərbaycanın siyasi-ictimai həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər. Ulu Öndər Azərbaycanın müstəqilliyinin tarixi nailiyyətimiz olduğunu önə çəkərək onun qorunmasının hər birimizin vətəndaşlıq borcu olduğunu qeyd edirdi. “Yeni Azərbaycan Partiyasının adı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır” söyləyən dövlətimizin başçısı bir daha diqqəti o vaxt cəsarət və milli düşüncə göstərmiş məşhur “91-lər”in Ulu Öndərə müraciətinə yönəldərək onların fəaliyyətini yüksək qiymətləndirdi: “Bu gün də onların bir çoxu bizim sıramızdadır. Bundan sonra da onlar fəal işlərlə məşğul olacaqlar, Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasında fəaliyyət göstərəcəklər və ictimai həyatda fəaliyyət göstərəcəklər. Onları Azərbaycan xalqı unutmamalıdır. Mən Prezident kimi hər zaman onların fəaliyyətini yüksək qiymətləndirirəm. Təkcə ona görə yox ki, Heydər Əliyevə müraciət ediblər. Ona görə ki, qorxmadılar, çəkinmədilər, ölkə maraqlarını öz şəxsi maraqlarından üstün tutdular”.
Və bu gün Yeni Azərbaycan Partiyası öz sıralarında 760 mindən çox insanı birləşdirir. Və bu 29 il ərzində Azərbaycanın müstəqillik tarixində qazandığı hər bir uğurunda Yeni Azərbaycan Partiyasının öz dəst-xətti, rolu vardır. Yeni Azərbaycan Partiyasının VII qurultayında möhtərəm Prezidentimiz İlham Əliyevin proqram xarakterli, müasir dövrün, 44 günlük İkinci Qarabağ müharibəsində Qələbimizin yaratdığı yeni reallıqları özündə əks etdirın nitqi bütün partiya üzvləri üçün yeni vəzifələr müəyyənləşdirdi. Bu əminlik ifadə edildi ki, gələn il partiyanın 30 illik yubileyi qeyd olunacaq. Partiya yeniləşmiş formatda daha fəal olacaq, ölkə qarşısında duran problemləri daha fəal icra edəcək: “Həyat dəyişir, zəmanə dəyişir. Bir daha demək istəyirəm ki, biz ən müasir təcrübəni Azərbaycanda bütün sahələrdə tətbiq etməliyik, o cümlədən siyasi islahatlar sahəsində. Əminəm ki, partiyanın rəhbər orqanlarında təmsil olunan üzvləri fəal olacaqlar, partiyamızın fəaliyyətində öz rolunu oynayacaqlar, ümumi işimizə öz töhfəsini verəcəklər ki, partiyamız bundan sonra da ölkəmizin aparıcı siyasi qüvvəsi olaraq qalsın".
Bəli, bu gün YAP Böyük Qayıdış proqramı çərçivəsində məcburi köçkünlərin öz doğma torpaqlarına qaytarılması prosesində öndə olmalı, öz rolunu oynamalıdır. Möhtərəm Prezidentimizin qeyd etdiyi kimi, partiyamızın VII qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir. Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. Partiyamızın böyük ənənələri var. Yeni Azərbaycan Partiyası bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaq.
SEYFƏDDİN ƏLİYEV,
YAP Masallı rayon təşkilatının sədrinin idarə edicisi
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB