Milli məclisin işçi qrupunun üzvləri Vaşinqtonda səfərdə olacaqlar

Milli məclisin işçi qrupunun üzvləri Vaşinqtonda səfərdə olacaqlar

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun nümayəndə heyəti noyabrın 14-də Vaşinqtona yola düşəcəklər.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya bildirilib ki, nümayəndə heyətinin tərkibində işçi qrupun rəhbəri Səməd Seyidov və qrupun üzvləri Asim Mollazadə, Erkin Qədirli və Nigar Arpadarai yer alıblar.

Deputatlar Azərbaycanın ABŞ-dakı səfirliyi tərəfindən ABŞ-Azərbaycan parlamentlərarası əlaqələrinin gücləndirilməsi və gündəlikdə olan məsələlərin müzakirəsi məqsədilə ABŞ Konqresinin Senatında, ABŞ Nümayəndələr Palatasında və ABŞ Dövlət Departamentində bir sıra görüşlər keçirəcəklər.

Səfər noyabrın 21-də başa çatacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə