“Türk Şurası adı artıq Türk Dövlətləri Təşkilatıdır”

Noyabrın 12-də İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü keçirilib
“Türk Şurası adı artıq Türk Dövlətləri Təşkilatıdır”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "Yeni addımımız və mövqeyimiz olan Türk Dövlətləri Təşkilatıyla bundan sonra daha sürətli, xüsusilə israrla kök salacaq, böyüyəcək, inkişaf edəcək və səpələnəcəyik"- deyib. Bildirək ki, SİA bu barədə türk mətbuatına istinad edir.

Noyabrın 12-də İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü keçirilib.

İstanbul Demokratiya və Azadlıqlar Adasında təşkil edilən Türk Şurasının VIII Zirvə Görüşündən sonra təşkil edilən mətbuat konfransında R.T.Ərdoğan çıxış edərək deyib: "Türk Şurası adı artıq Türk Dövlətləri Təşkilatıdır. Yeni addım və mövqeyimiz olan Türk Dövlətləri Təşkilatıyla bundan sonra daha sürətli, xüsusilə israrla kök salacaq, böyüyəcək, inkişaf edəcək və səpələnəcəyik.

Mədəniyyətin beşiği olan Türküstan coğrafiyası yenidən bütün bəşəriyyətin cazibə və işıqlanma mərkəzi olacaq.

Sammitdə təşkilatın gələcək perspektivi olan “Türk dünyası 2040 görüntüsü” sənədini qəbul etdik.

Bu gün burada çəkdirdiyimiz fotoşəkil Türk Dünyası olaraq aramızdakı əbədi və əzəli qardaşlığın yeni bir nişanəsidir. Kimsə Türk Dövlətləri Təşkilatından narahat olmasın. Qədim tarixi və mədəni əlaqələr üzərində yüksələn bu quruluşun parçası olmağa çalışmalıyıq.

Epidemiya (Covid-19) dövründə imkanlarımızı paylaşaraq türk dünyası kimi bir və birlikdə olduğumuzu bir daha göstərdik. Türk Şurası olaraq isə Afrikaya 2,5 milyon doza peyvənd bağışlayacağıq ki, bunun 2 milyonunu Türkiyə verir."

Bütün xəbərlər Facebook səhifəmizdə