"10 noyabr bəyanatı qazandığımız qələbələrə layiq olan bir bəyanatdır” - PARTİYA SƏDRİ AÇIQLADI
“10 noyabr bəyanatı 44 günlük hərbi əməliyyatların son dərəcə uğurlu yekunu kimi tariximizdə qalacaq”. Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov deyib.
Onun sözlərinə görə, 44 gündə Azərbaycan Prezidenti iki cəbhədə mübarizə apardı: “Həm Ali Baş Komandan kimi ordumuza rəhbərlik etdi, həm də diplomatik cəbhədə təzyiqlərə davam gətirdi. Cənab Prezident İlham Əliyev 10 noyabr bəyanatının imzalanmasında həlledici xidmət göstərdi. Bu bəyanatın mahiyyəti ondan ibarətdir ki, biz erməniləri Azərbaycanın tələblərini qəbul etməyə məcbur etdik. Əsas hədəfimiz BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrini icra etmək idi və biz bunu qəbul elətdirdik. Bundan əlavə Zəngəzur dəhlizi məsələsi gündəliyə gəldi və bu gün gündəmin əsas mövzusudur. Şübhə yoxdur ki, yaxın illərdə bu böyük layihə tam gücü ilə işə düşəcək və Azərbaycana, türk dünyasına çox böyük xidmət göstərəcək. Artıq ilin sonunda və yaxud gələn ilin əvvəllərindən biz Zəngilandan başlayaraq köçkünlərimizi öz yurdlarına qaytaracağıq. Türk hərbiçilərinin monitorinq mərkəzində Azərbaycanın təmsil olunmasının çox böyük əhəmiyyəti var. Türkiyənin Cənubi Qafqazda böyük nüfuz sahibi olmasında heç şübhəsiz ki, Azərbaycanın rolu danılmazdır və böyükdür. Hesab edirəm ki, 10 noyabr bəyanatı 44 günlük hərbi əməliyyatlar dövründə qazandığımız qələbələrə layiq olan bir bəyanatdır”.
Arzu Qurbanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB