"Azərbaycan xalqı dünyada qalib xalq kimi qəbul edilir" - İDARƏ RƏİSİ ŞƏRH ETDİ
"Bu günlərdə biz Zəfər tariximizin bir illiyini qeyd edirik. Birmənalı olaraq Müzəffər Ali Baş Komandanımız, rəşadətli ordumuz 30 ildir həsrətində olduğumuz dədə-baba torpaqlarımıza bizləri qaytardı. Bu Böyük Qayıdış şəhidlərimizin qanı və canı bahasına başa gəldi. Allah bütün şəhidlərimizə rəhmət etsin! Bu Böyük Qayıdış qazilərimizin canı hesabınadır. Onların hər birinə şəfa diləyirik". Bunu SİA-ya açıqlamasında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov deyib.
O, qeyd edib ki, bugün Azərbaycan xalqı dünyada qalib xalq kimi qəbul edilir. İstər ölkə daxilində, istərsə də ölkə hüdudlarının kənarında azərbaycanlılar bu Zəfər bayramını böyük təntənə ilə qeyd etdi. Milli təfəkkürümüzə, milli kimliyimizə təsir edən, bizləri yumruq kimi birləşdirən 44 günlük müharibə dünyaya Azərbaycanı yenidən tanıtdı. Ədalət bərqərar olundu. Bugün biz cəmiyyətimizdə böyük ruh yüksəkliyi, sabaha inam və işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışa həvəsi görürük. Müzəffər Ali Baş Komandanımız, cənab Prezidentimiz müharibə bitəndən sonra bu bir il ərzində Qarabağa etdiyi çoxsaylı səfərlərin hər biri Azərbaycanımızın gələcəyi üçün işğaldan azad olunmuş ərazilərə yeni nəfəsin verilməsi haqqında xalqa verdiyi mesajlar hər bir vətəndaşın ürəyincədir.
Raqif Abbasov bu barədə fikrini belə izah edib: "Artıq Füzuli rayonunda hava limanı inşa edilib. Cəbrayıl, Laçın, Ağdamda, Şuşada, Zəngilanda və digər işğaldan azad edilmiş ərazilərdə işıq çəkilir, yol çəkilir, yenidən qazlaşdırma işi aparılır. Eyni zamanda tunellər tikilir. Minalardan ərazilər təmizlənir. Şuşamızda tarixi otelin istifadəyə verilməsi, bir çox tarixi abidələrimizin bərpa edilməsi, dini abidələrimizin yenidən bərpası hər bir Azərbaycan vətəndaşının ürəyincədir. Bu günləri Azərbaycan bütün gücünü, qüvvəsini, iqtisadi qüvvəsini işğaldan azad edilmiş ərazilərin bərpasına yönəldib ki, keçmiş qaçqın və məcburi köşkünləri öz yurd-yuvalarına qayıtsın. Hər bir gənc, hər bir Azərbaycan vətəndaşı istər ali təhsil ocağında oxuyan, istər ordudan təxris olunan, istər idmançı istəyir ki, öz işində daha peşəkar olsun. Bununla da Azərbaycanımızın inkişafına pay vermiş olsun. Şəhidlərimizin xatirəsinə keçirilmiş çoxsaylı yarışlar, qazilərimizlə keçirilmiş görüşlər, işğaldan azad edilmiş ərazilərə səfərlər, şəhid övladları ilə bağlı müxtəlif layihələr məhz onu göstərir ki, vətəndaşlarımız Vətən müharibəsində olduğu kimi yumruq halında qalır və özünün gələcəyini təmin edir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB