Vətən müharibəsi şəhidi Fərid Lillahovun şəhadətə qovuşmasından bir il ötür FOTOLAR

Vətən müharibəsi şəhidi Fərid Lillahovun şəhadətə qovuşmasından bir il ötür FOTOLAR

Vətən müharibəsinin oğuzlu şəhidi Lillahov Fərid Loğman oğlunun şəhadətə qovuşmasından bir il ötür. Oğuz rayonunun Baş Daşağıl kəndində keçirilən anım mərasimində YAP Oğuz rayon təşkilatı əməkdaşları və fəalları, şəhid ailəsinin üzvləri iştirak ediblər. İştirakçılar Şəhidimizin məzarını ziyarət edərək, əziz xatirəsini yad edərək, ruhuna dualar oxuyublar. Azərbaycan Ordusunun baş əsgəri olan Fərid Lillahov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərimizin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Şuşa-Xankəndi istiqamətində döyüşlərdə savaşıb. Noyabrın 8-də Şuşa-Xankəndi istiqamətində döyüşlər zamanı Fərid Lillahov şəhid olub. Lillahov Fərid Loğman oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra "Şuşanın azad olunması görə", "Cəsur döyüşçü", "Vətən uğrunda" medalları ilə təltif olunub. Vətən uğrunda canından keçən Şəhidlərimizə Allah rəhmət eləsin.

ZÜMRÜD BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə