İranın nüvə obyektlərinə mümkün hücuma hazırlığı gücləndiririk-İsrail bildirdi

İranın nüvə obyektlərinə mümkün hücuma hazırlığı gücləndiririk-İsrail bildirdi

İsrailin Baş Qərargah rəisi Aviv Koçavi İranın nüvə obyektlərinə mümkün hücuma hazırlıqlarını gücləndirdiklərini bildirib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, İsrailin Baş Qərargah rəisi Koçavi, İsrail parlamentinin Xarici Əlaqələr Komitəsində çıxışı zamanı deyib: “Hərbçilər, hərbi nüvə təhlükəsi olan İranla mübarizə üçün əməliyyat planlamasını və hazırlığını sürətləndirir”.

Koçavi, hökumətin 2021-2022-ci illər büdcə planlarının TBMM-dən keçməsinə işarə edərək, büdcədə orduya ayrılan payın İranın təhdidləri ilə mübarizə fürsətinə uyğun olduğunu bildirib. İsrailin son bir ildə Yaxın Şərqdə bütün missiyalarında və gizli əməliyyatlarında düşmənlərinə qarşı hərəkət etdiyini vurğulayan Koçavi, “İranın nüvə obyektlərinə mümkün hücum üçün hazırlıqları gücləndiririk” deyib.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə